CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlara dair on illik strategiya təsdiqləndi

© Sputnik / Murad OrujovДети играющие в футбол на одной из улиц в Баку
Дети играющие в футбол на одной из улиц в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabineti strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir

BAKI, 2 iyun — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.

Sərəncama əsasən, Nazirlər Kabineti strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər lenti
0