10:12 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
25 0 0

Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 may tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar, ekspress marşrutlara olan tələbatın kəskin (84%-dək) azalması müşahidə edilıb

BAKI, 2 iyun — Sputnik. Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları 04.06.2020-ci il tarixindən dayandırılır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində "BakuBus" MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq. 

Ekspress marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 may tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar, ekspress marşrutlara olan tələbatın kəskin (84%-dək) azalması müşahidə edilıb. Həmçinin, Agentliyin tələb və tövsiyələrini əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb. Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müdddətdə ekspres xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.

Əlaqədar

Bakıətrafı qəsəbələrdə yaşayanlara şad xəbər: gediş-gəliş daha rahat olacaq
Paytaxtda daha bir marşrut xətti “BakuBus”a verilib
Sükan arxasında siqaret çəkən avtobus sürücülərinin sayı açıqlandı
Maska taxmayanlara agentlikdən "sürpriz"

Əsas mövzular