CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ünvanlı sosial yardımın verilmə müddəti endirildi

© Sputnik / © Sputnik / Elvin Ahmad100 manat, arxiv şəkli
100 manat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) təklif edilən dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq.

BAKI, 2 iyun — Sputnik. Azərbaycanda sosial yardımın təyin olunması müddəti azaldılıb.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) təklif edilən dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. Qüvvədə olan qanuna əsasən, bu müddət 2 il idi.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək.

Növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünəməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünəməşğulluğa yönləndirilməsi proqnozlaşdırılır.

Xəbər lenti
0