CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakinləri "mina"ların üstündə yaşayırlar: Hökumətin qərarları icrasız qalıb

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçid"Xruşşovka" tipli bina
Xruşşovka tipli bina - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər Kabinetinin köhnə binaların sökülərək yerində yenilərinin inşa olunması ilə bağlı qərarında nəzərdə tutulan müddət gələn il başa çatacaq, amma heç bir iş görülməyib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 iyun - Sputnik. 2017-ci ildə Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi ilə bağlı qərar verilib.

Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən bina - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məcburi köçkünlər qəzalı binanı tərk etmir - İlginc səbəb

Qərara görə, bu işi görəcək tikinti şirkətləri yeni yaşayış binası tikilənədək həmin binalardan köçürülən sakinlərin müvəqqəti kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitini ödəməlidir. Həmçinin şirkət sakinlərə əvvəlki mənzillərinin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla və eyni mərtəbədə, 1-ci mərtəbədə olan mənzillərin əvəzinə isə 1-ci yaşayış mərtəbəsində mənzillərin ayrılmasını təmin etməli idi.

Lakin sözügedən qərar hələ də kağız üzərində qalır. Bununla yanaşı, Bakıda çox sayda qəzalı vəziyyətdə olan və nəzarətdən kənarda qalan binalar var. Elə bu yaxınlarda Nərimanov rayonunda 1958–ci ildə inşa edilmiş binanın balkonu çökmüşdü.

Əmlak məsələri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son yüz il ərzində Bakı şəhərində inşa olunan yaşayış fondu demək olar ki, köhnəlib, qəzalı vəziyyətə düşüb. Bunu digər böyük şəhərlərə də şamil etmək olar: "Qəzalı binalara olan dövlət nəzarətindən xəbərsizik. Amma məlumdur ki, 60-cı illərdə tikilən "Xruşşovka"ların istismarı 40 il müddətinə nəzərdə tutulmuşdu. Həmin müddət çoxdan keçib və binaların 50 faizində aşınma baş verib. Binalar qəzalı vəziyyətə düşdükcə, orada yaşayanlar üçün təhlükə yaranır".

Səbail rayonu, Arif İsmayılov 51 ünvanında yerləşən qəzalı binaya bitişik digər yaşayış binasının da uçma təhlükəsi var - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Təhlükənin övladları": Bakıda sakinlər qəzalı binadan çıxmaq istəmirlər - REPORTAJ

Ekspertin sözlərinə görə, I mikrorayonda yaşayan sakinlər müvafiq qurumlara müraciət edərək bildiriblər ki, binaların altını su basıb, vəziyyət qənaətbəxş deyil. Bu müraciətdən sonra əraziyə baxış keçirilib və Nazirlər Kabineti sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 83 saylı qərarı verib. Qərarın verilməsindən 3 il keçməsinə baxmayaraq, ərazidə heç bir iş görülməyib.

Yəni qəzalı vəziyyətdə olan 1700 binada yaşayış davam edir.

"Dövlət tərəfindən bu ərazidə hələ heç bir ciddi tədbir görülməyib. Binaların sökülüb-tikilməsi prosesində sifarişçi Fövqəladə Hallar Nazirliyidir. Yəni FHN bu əraziyə söküntü işləri ilə məşğul olan şirkətləri cəlb etməlidir ki, əhalini müvəqqəti olaraq köçürsün, binaları söküb yerində yeni bina inşa etsin", - deyən ekspert vurğulayıb ki, adıçəkilən mikrorayon 70-ci illərin ortalarında salınıb və köhnəlmiş yaşayış fondu hesab edilmir.

Bakı şəhərində və regionlarda köhnəlmiş yaşayış fondunun çox olduğunu vurğulayan Azadovun fikrincə, bu binaların hər hansı hadisə, zəlzələ və s. olan zaman çökmə, dağılma təhlükəsi var.

Şamaxı şəhərində zəlzələnin fəsadları - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev: “Bütün qəzalı evlər bərpa ediləcək, ya da yenidən tikiləcək”

"Bizim üçün həqiqətən çox maraqlıdır ki, görəsən Bakıda və regionlarda olan qəzalı binalarla bağlı dövlətdə bir siyahı varmı? Bu binaların monitorinqi aparılırmı və dözümlülüyü necə yoxlanılır? Vətəndaşların yaxın 3-5 il ərzində burada yaşamağın təhlükəsiz olub-olmadığını bilmək hüququ var".

Xatırladaq ki, hazırda Bakıda yüzlərlə qəzalı vəziyyətdə olan binalar var.

Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən Bakının 9 rayonunda qəzalı vəziyyətdə olan binalar sökülərək, yerində vətəndaşların həyat şəraitini yaxşıladırmaq məqsədilə yeni binalara tikiləcəkdi. Və bu proses 2021-ci ildə sona çatacaqdı. Ancaq qərardan sonra paytaxtda başlayan söküntü bumu sakinlərin haqlı narazılıqlarına səbəb oldu.

Первый вице-президент Азербайджана Мехрибан Алиева - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mehriban Əliyeva: "Qəzalı binalarda yaşayanlar tezliklə yeni mənzillərə köçürülməlidir"

Sözügedən qərarda qeyd edilirdi ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması həyata keçirilməlidir.

Lakin hazırda paytaxt ərazisində sökülən və yenidən tikilən binaların statistikası barədə məlumat yoxdur.

Xəbər lenti
0