16:33 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
69 0 0

Abbaszadə həmçinin vurğulayıb ki, şagirdlər yaşadığı ərazilərdə (rayonlarda, kəndlərdə) imtahan verəcəklər. Bir sinifdə isə maksimum 15 şagirdin imtahan verməsinə icazə veriləcək.

BAKI, 1 iyun — Sputnik. Azərbaycanda bu il qəbul imtahanlarında iştirak edəcək abituriyentlərdən koronavirusla bağlı bəyannamə tələb ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, şagirdlər bəyannamədə özünün, ailə üzvlərinin və yaxınlarının koronavirusa yoluxub-yoluxmadığı barədə məlumatları qeyd edəcək. M.Abbaszadə həmçinin vurğulayıb ki, şagirdlər yaşadığı ərazilərdə (rayonlarda, kəndlərdə) imtahan verəcəklər. Bir sinifdə isə maksimum 15 şagirdin imtahan verməsinə icazə veriləcək. Bundan başqa, şagirdlər imtahan binasına daxil olarkən onların hərarəti də yoxlanılacaq.

Əsas mövzular