17:39 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9701

İngiltərə Ali Məhkəməsi Mübariz Mənsimovun bütün dünyadakı mülklərinə və bank hesablarına həbs qoyub

BAKI, 31 may — Sputnik. Martın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu Palmali Holding Company Limited şirkəti müflis elan edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilir ki, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Almaniyanın “Hamburg Commercial Bank”ı krediti ödənilməyən gəmiləri müsadirə edib. Rusiyanın Rostov Arbitraj Məhkəməsi “Sberbank”a 220 milyon dollar borcu olması iddiasına görə şirkətin törəmə müəssisəsi “Palmali Rostov”u müflis elan edib. Bundan sonra isə İngiltərə Ali Məhkəməsi Mübariz Mənsimovun bütün dünyadakı mülklərinə və bank hesablarına həbs qoyub. Məhkəmə Mübariz Mənsimov və Palmali Holding Company Limited-in katibi Coann Spayterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Əlaqədar

Mübariz Mənsimov dünya azərbaycanlılarına müraciət edir
"Xocalı üçün paylaş" kampaniyası "Twitter"də rekord vurub
Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan tanker dünya sularına buraxılıb
Mübariz Mənsimov Türkiyədə həbs olundu - KİV
İstanbul məhkəməsi qərar verdi – Mübariz Mənsimov həbs edildi

Əsas mövzular