CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkinin mərkəzində çaxnaşma: şəhərdə ayı gəzir - VİDEO

© AR Ministry of Ecology and Natural ResourcesŞəkinin mərkəzində ayı
Şəkinin mərkəzində ayı - Sputnik Azərbaycan
Abunə olmaq
İdarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görürlər, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

BAKI, 31 may — Sputnik. "Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub".

Bunu Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

“Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin”, - deyən nazirliyin sözçüsü qeyd edib ki, hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş olunur ki, ehtiyatlı davransınlar.

***

Ötən gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Şəki Regional Ekologiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görürlər, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir: "Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar".

 

Xəbər lenti
0