CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hətta Afrika, ərəb ölkələri də ondan imtina edir, Azərbaycanda isə...

© AFP 2023 / ROSLAN RAHMANКальян, фото из архива
Кальян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qəlyandan istifadə xəstəliyin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Bu isə insanları n səhhəti üçün ciddi risk doğurur" - Eyyub Hüseynov

Nigar Isgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Bütün dünyada koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə müxtəlif profilaktik tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də kafe və restoranlarda qəlyandan istifadənin qadağan olunmasıdır. Azərbaycanda da bənzər addımlar atılır.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki, koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları, yəni birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

Пепельница с окурками сигарет, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bu siqaretlərin gələcəyi necə olacaq

Lakin görünən budur ki, bəzi işbazlar tərəfindən göstərişlərə əməl edilmir. Belə ki, bir neçə gün öncə Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə reydlər aparılıb.

Lakin qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmaya səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşlarımızın sağlamlığından daha üstün tutulduğundan reydlər zamanı yeni pozuntular aşkarlanıb.

Belə ki, neqativ hallar Səbail rayonu, İçərişəhərdəki “Museum İnn” otelinin kafesində, Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 11 ünvanındakı “Pafos” Karaoke Sinema Klubda, Cavadxan küçəsindəki “Korona” kafesində, Nəsimi rayonundakı “Badam” çay evində, Sabunçu rayonunda “MM” çay evində, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Çardaq” kafesində aşkar edilib.

Граждан Азербайджана увозят из Магарамкентского района на турбазу в Дербент - Sputnik Azərbaycan
RUSİYA
Mənzil, ərzaq və siqaret – hakimiyyət və fəallar sərhəddə azərbaycanlılara kömək ediblər

Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib.

Əksər kafe və restoranlar qəlyan borularını dəyişmədiyi üçün insanların həyatlarını riskə atırlar. I stehlakçıların hüququ nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəlyandan istifadənin yarada biləcəyi təhlükədən söz açıb: “Siqaretdən uzaqlaşmaq üçün qəlyan çəkmək özünü aldatmaqdan başqa bir şey deyil.

Bundan başqa, qəlyandan istifadə xəstəliyin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Bu isə insanların səhhəti üçün ciddi risk doğurur".

"Qəlyan çəkənlər boruya  taxılan başlıqlarındəyişdiyi deyirlər. Amma kim zəmanət verə bilər ki, bu borular vasitəsi ilə xəstəlik keçməyəcək? Çünki b aşlıqlar dəyişdirilsə də, nəfəsdəki bakteriyalar boruya keçərək müxtəlif xəstəliklər yarada bilər" - Hüseynov bildirib.

Görün bizə nə içizdirirlər: Mütəxəssis təhlükəli içkilərdən ehtiyat etməyə çağırdı - Sputnik Azərbaycan
VİDEO
Görün bizə nə içirirlər: Mütəxəssis təhlükəli içkilərdən ehtiyat etməyə çağırdı

Qanundan sitat gətirən birlik sədri deyir ki, “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanunda istehlakçının çoxsaylı məhsullar və xidmətlərdən istifadə etmək, dəyişdirmək, o cümlədən də onj təkmilləşdirmək üçün xidmət göstərənə tələb qoymaq hüququ var: "Istehlakçı qəlyan çəkəndə yalnız  başlığı deyil, o cümlədən də  borunun da dəyişdirilməsin i tələb edə bilər”.

Hələlik ki, Azərbaycanda qəlyandan istifadə davam  etdirilsə də, bu gün bir çox ölkələr artıq ondan  imtina edib. Dünyada koronavirusun arealın genişlənməsi ilə əlaqədar olaraq Birləşmiş Ərəb Əmirliklərində bütün restoran və kafelərdə qəlyandan imtina edilib. Şərqi Afrika, xüsusən də Keniya kimi ölkələrdə isə qəlyan 2017-ci ildən bəri qadağandır.

Xəbər lenti
0