CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mall"arın da bəxti açıldı, amma toy həvəsində olanların yox

© Sputnik / Vladimir VyatkinНевеста, фото из архива
Невеста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisnadır

BAKI, 29 may — Sputnik. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “mall”arın fəaliyyəti mayın 31-i saat 00.00-dan bərpa olunur.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın qərarında bildirilir. Qərara görə, buna rəğmən, iri ticarət mərkəzlərinin və “mall”arın nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları fəaliyyət göstərməyəcək.

Həmçinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət 31 may 2020-ci il saat 00:00-dan etibarən saat 08:00-dan 22:00-dək həyata keçiriləcək. Ancaq ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisnadır.

Xəbər lenti
0