CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənəd qəbulu başlanır: kimin şansı daha çoxdur?

© Photo : REPORTДиагностические тесты для педагогов, фото из архива
Диагностические тесты для педагогов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yerdəyişmə müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilər

BAKI, 29 may — Sputnik. İyunun 1-dən 5-dək Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, yerdəyişmə müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak edən namizədin seçdiyi imtahan nəticəsi artım əmsalı ilə hesablanacaq.

1. DQ/MİQ balı x 1.1 artım əmsalı – əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsi üzvü olduqda;

2. DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə;

3.DQ/MİQ balı x 1,05 artım əmsalı – iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə.

Xəbər lenti
0