03:07 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1210

Mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

BAKI, 29 may — Sputnik. Milli Hidrometeorologiya Xidməti 30 mayda gözlənilən hava şəraiti haqda proqnozu açıqlayıb.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Sabah Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Teqlər:
hava proqnozu

Əsas mövzular