CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Daewoo" avtobuslarını xətdən çıxardılar, əvəzinə 12 metrlik işləyəcək

© Photo : REPORTАвтобус в Баку, фото из архива
Автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişiklik nəticəsində 11 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək

BAKI, 29 may — Sputnik. Bu gündən 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC tərəfindən icra olunacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, qeyd edilən xətt üzrə nəqliyyat xidmətlərinin keyfiyyət və təhlükəsizliyinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub: "Dəyişiklik nəticəsində 11 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu xətt üzrə uzun müddətdir istismarda olan "Daewoo" markalı avtobusların fəaliyyəti dayandırılıb. Dəyişiklik gündəlik 30 min nəfərə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olacaq".

Xəbər lenti
0