Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı aparıcı Azərbaycanda yediyi qutablar və kabablar üçün darıxıb

© Sputnik / Maksim Blinov / Mediabanka keçidТелеведущий Михаил Ширвиндт, фото из архива
Телеведущий Михаил Ширвиндт, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın məşhur teleaparıcısı, aktyor və prodüser Mixail Şirvindt öz sosial şəbəkə hesabında ötən qışda Azərbaycanın şimalında çəkilmiş növbəti videonu yerləşdirib.

BAKI, 27 may — Sputnik, Kəmalə Əliyeva. Məşhur rusiyalı aparıcı Mixail Şirvindt Azərbaycanda ona təklif edilən yeməklərin dadını indiyə qədər unuda bilmir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şirvindt bu səbəbdən də "YouTube"-dakı səhifəsinə 2020-ci ilin qışında Azərbaycanda çəkilmiş növbəti videoçarxı yerləşdirib. Onda aparıcı özünün "Syedobnoye-nesyedobnoye" ("Yeyilən-yeyilməyən") layihəsi çərçivəsində ikinci dəfə Azərbaycana gəlmişdi. Onun məqsədi rusiyalı tamaşaçıları və özünün sosial şəbəkədəki izləyicilərini Azərbaycanın müxtəlif yeməkləri ilə tanış etmək olub.

O, bu çarxda Qəbələ rayonunda gəzdiyi yerlər, yediyi yeməklərdən bəhs edib. Yol kənarında bişirilən qutabın, Qəbələnin məşhur daş-arası kababının dadına baxıb, Nic kəndinin bazarını gəzib, buradakı restoran-muzeylə tanış olub.

"Azərbaycanın şimalı mənim çox xoşuma gəldi. Yol kənarında bişirilən qutabları və qeyri-adi dadı olan kababları unutmaq mümkün deyil", - deyə Şirvindt bildirib.

Aparıcı Azərbaycana yenidən qayıtmağa, respublika ilə bağlı digər faktları öyrənməyə və onları izləyiciləri ilə bölüşməyə söz verib.

Qeyd edək ki, Şirvindt "Syedobnoye-nesyedobnoye" layihəsi çərçivəsində müxtəlif ölkələrə səyahət edir və tamaşaçılara onlar haqqında maraqlı faktlardan danışır.

Mixail Şirvindt məşhur aktyor və prodüserdir. Müxtəlif illərdə "Doq-şou", "Ya i moya sobaka", "Xoçu znat" verilişlərinin müəllifi olub.

Xəbər lenti
0