CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacı Zeynalabdinin yadigarı tanınmaz halda - VİDEO

© Photo : İTVHacı Zeynalabdin Tağıyevin ev muzeyi
Hacı Zeynalabdin Tağıyevin ev muzeyi  - Sputnik Azərbaycan
Abunə olmaq
Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra sözügedən ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib

BAKI, 27 may — Sputnik. Heydər Əliyev Fondunun təşəbbüsü ilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi təmir olunub. Sputnik Azərbaycan bildirir ki, bu barədə İctimai televiziyada yayımlanan "Yaddaş" verilişində məlumat verilib. Bildirilib ki, evin təmiri son mərhələdədir. 1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi xeyriyyəçinin xüsusi önəm verdiyi mülklərindən biri olub. Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra sözügedən ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev ömrünün son 4 ilini məhz bu binada - Mərdəkandakı bağ evində yaşayıb. O, 1924-cü il sentyabrın 1-də 101 yaşında vəfat edib.

Xəbər lenti
0