CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricə çıxış olmayacaq deyə, gözlər daxilə dikilib: Məhdudiyyət tələbatı artıracaq

© Sputnik / Irade JELILNovxanında istirahət mərkəzlərinin birində
Novxanında istirahət mərkəzlərinin birində - Sputnik Azərbaycan
Abunə olmaq
“Bu il çox güman ki, xarici ölkələrdə sanatoriyalarda dincələnlər daxili sanatoriyalara üstünlük verəcək. Bu da təbii olaraq tələbatı artıracaq”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. Rusiyada turizm sahəsi iyunun 1-dən mərhələli şəkildə karantindən çıxmağa başlaya bilər. Bu barədə “Rosturizm” məlumat yayıb.

Центр отдыха в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mövsüm başlamamış xoş olmayan xəbər özünü yetirib: Turizm xərcləri daha da artacaq

Bildirilir ki, başqa ölkələrə səyahət etmək barədə danışmaq hələ tezdir. Əvvəlcə tibbi lisenziyası olan kurortlar işini bərpa edəcək. Daha sonra insanların ayrıca kotteclərdə yaşayacaqları və başqaları ilə az təmasda olduqları hotellər açılacaq. Rusiya Turizm Operatorları Birliyinin icraçı direktoru Maya Lomidze koronavirus epidemiyasından sonra istirahətin necə dəyişə biləcəyindən danışıb. Onun sözlərinə görə, vətəndaşlar sosial məsafəyə riayət etməyə borcludurlar. Hotellərin yerləşməsinə və bir otaqdakı sakinlərin sayına məhdudiyyətlər tətbiq edilə bilər. Təyyarələrdə sərnişinlər bir-birindən aralı yerləşdiriləcəklər. Maya Lomidze insanlardan koronavirusun olmaması haqqında arayış tələbinin məcburi olacağına şübhə edir. O hesab edir ki, belə bir sənəd bir neçə saat ərzində aktuallığını itirə bilər.

Qeyd edək ki, Azərbaycanda da son illər termal turizm inkişaf etməkdədir. Gələn aydan etibarən ölkəmizdə də turizm sektoru fəaliyyətini bərpa edə bilər. Bəs görəsən sağlamlıq turizmi koronovirus pandemiyası dövründə turist cəlb edə biləcəkmi?

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, turizm mütəxəssisi Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə turizm sektorunun fəaliyyətə nə vaxtdan başlayacağı hökumətin verəcəyi qərardan asılı olacaq: “Mən hesab edirəm ki, bizdə də turizm sektorunda fəaliyyət iyunun 15-dən sonra hisə-hissə bərpa oluna bilər. Sağlamlıq müəssisələrinin açılma ehtimalı isə daha çoxdur. Çünki qlobal sağlamlıq həyat tərzi olmalıdır. İnsanlar ilin tək bir ayında yox, il 12 ay bu və digər formada öz sağlamlığını düşünməlidir. İnkişaf etmiş ölkələrdə də bu belədir. Azərbaycanda sağlamlıq turizm mərkəzlərinin ambulator müalicə üçün Səhiyyə  Nazirliyindən lisenziyaları var. Onların bəziləri çekup edirlər. Tibbi kabinetləri də var. Ona görə də, sağlamlıq turizminin fəaliyyətinə məhdudiyyət olmayacaq”.

R. Quliyev deyir ki, Azərbaycanda termal turizmin əsas simalarından olan Naftalan sanatoriyası həm daxildən, həmçinin də xaricdən hər il xeyli sayda turist qəbul edir: “Bu sanatoriyada müalicə vannalarında koronavirusa yoluxma təhlükəsi ola bilməz. Çünki Naftalan neftinin antiseptik xüsusiyyəti var. Müəyyən müddətdə tankerdə qaldıqdan sonra onda hansısa bir bakteriya, virus qala bilməz. Ona görə də, 60 saat doluluq təmin olunmaqla termal turizmdə yerləşmə yerləri fəaliyyətə başlaya bilər”.

R. Quliyevin sözlərinə görə, bu mövsüm Azərbaycanda sağlamlıq turizminə tələbat əhəmiyyətli dərəcədə artacaq: “Bu il çox güman ki, xarici ölkələrdə sanatoriyalarda dincələnlər daxili sanatoriyalara üstünlük verəcək. Bu da təbii olaraq tələbatı artıracaq”.

R. Quliyev bu səbəbdən də Azərbaycanda termal turizmin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərin sürətləndirilməli olduğunu söyləyir. O. bildirir ki, Azərbaycanın termal turizm imkanları böyükdür.

Xəbər lenti
0