CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Siz hamıya nümunə ola bilərsiniz" - həmkarlarımızdan Sputnik Azərbaycan-a təbriklər

CC0 / janeb13 / Computer Персональный компьютер и книги, фото из архива
Персональный компьютер и книги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Sputnik Azərbaycan" operativliyi, proseslərə qlobal yanaşması, öz oxucu auditoriyası, peşəkar komandası ilə fərqlənən media qurumlarındandır. Arzu edirəm ki, bu gedişatı daim qoruyasınız - Elnur Niftəliyev

BAKI, 25 may — Sputnik. Bu gün Sputnik Azərbaycan-ın yaranmasından 5 il ötür. Ölkənin tanınmış simaları, ziyalılar, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının rəhbərləri, mətbuat xidmətləri, ekspertlər bu münasibətlə Agentliyə çoxsaylı təbriklər ünvanlayıblar. Sputnik Azərbaycan-la daim əməkdaşlıq edən dövlət qurumlarının nümayəndələri təbrik məktublarında agentliyin fəaliyyətindən razı qaldıqlarını ifadə ediblər.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov təmsil etdiyi qurumun adından Sputnik Azərbaycan-a ünvanladığı təbrikdə deyib: "Azərbaycanın Kütləvi İnformasiya vasitələri arasında öz dəsti-xətti ilə seçilən Sputnik xəbər agentliyinin kollektivini fəaliyyətlərinin 5 illiyi münasibətilə təbrik edir, yorulmaz və məsuliyyətli işində uğurlar arzulayırıq. "Azəriqaz" İstehsalat Birliyi olaraq bu xəbər agentliyi ilə işləməkdən zövq alırıq. Qələminiz kəsərli, söz ədalətiniz davamlı olsun".

Глава отдела маркетинга и коммуникаций Операционной компании «Бакинское городское кольцо» Нигяр Арпадаи - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nigar Arpadarai: Sputnik ölkəmizdə baş verən bütün mühüm hadisələri obyektiv işıqlandırır

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Vaqif Aydınoğlu təbrik məktubunda yazıb: "Beş il qısa bir zaman olsa da, bu müddət ərzində Sputnik Azərbaycan dəsti-xətti ilə seçilən, operativ və etibarlı xəbər mənbəyinə çevrilə bildi. Gələcək fəaliyyətinizdə sizə daha böyük oxucu kütləsi və sevgisi arzu edirəm. Bütün kollektivi və rəhbərliyi bu xoş gün münasibətilə təbrik edir, işıqlı yol arzulayırıq!"

Təbriklərə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti də qoşulub. Mətbuat katibi Teymur Abdullayev yazıb: "Hər bir media orqanının daha bir ili arxada qoyub, ad gününü qeyd etməsi gözəl hadisədir, Sputnik Azərbaycan-ın beş illiyini qeyd etməsi də həmçinin. Bütün kollektivi təbrik edir, işlərinizdə uğurlar və sevindirici xəbərlər paylaşmağınızı arzu edirik!".

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN XİDMƏT) də Sputnik Azərbaycan-ı 5 yaşı münasibəti ilə təbrik edib. Mətbuat katibi Elnur Niftəliyev "ASAN XİDMƏT" adından göndərdiyi məktubda yazıb: "Sputnik Azərbaycan" xəbər agentliyini beş illiyi münasibətilə təbrik edir, xoş arzularımızı çatdırır, kollektivinizin hər bir üzvünə can sağlığı arzulayırıq. İşləriniz hər zaman ASAN olsun. Bu gün ölkəmizdə milli mətbuatın, kütləvi informasiya vasitələrinin fəaliyyətinin inkişaf etdirilməsi, ifadə və söz azadlığının təmin edilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Onlayn media qurumlarının da sayı kifayət qədərdir. "Sputnik Azərbaycan" operativliyi, proseslərə qlobal yanaşması, öz oxucu auditoriyası, peşəkar komandası ilə fərqlənən media qurumlarındandır. Arzu edirəm ki, bu gedişatı daim qoruyasınız. Sizi bir daha kollektivimiz adından təbrik edir, "ASAN xidmət"in fəaliyyətinə verdiyiniz dəstəyə görə təşəkkür edirik".

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev isə deyib: "Sputnik Azərbaycan hər zaman dənizçilik və gəmiçilik sahəsini diqqətdə saxlayıb. Bu sahədəki yenilikləri obyektiv və operativ işıqlandırıb. Xüsusilə, saytınızda müxtəlif vaxtlarda dənizçilərlə müsahibələrinizi sevə-sevə oxuyuruq. İnanıram ki, əməkdaşlığımız bundan sonra da davam edəcək və daim etibar etdiyimiz xəbər saytlarından biri olacaqsınız. Tutduğunuz obyektiv mövqeni sonrakı illərdə də qorumaq və davam etdirmək arzusu ilə sizi 5 illik yubiley münasibətilə dənizçilər adından təbrik edir, fəaliyyətinizdə bol-bol uğurlar arzulayırıq".

Təbriklərə ölkənin aparıcı universiteti - 100-dən artıq yaşı olan Bakı Dövlət Universiteti də qoşulub. Universitetinin mətbuat katibi Günel İsgəndər BDU adından Sputnik Azərbaycan-a ünvanladığı təbrikdə yazıb: "Operativ, maraqlı xəbərləri, təhlil, reportaj, müsahibələri sayəsində geniş oxucu auditoriyasının rəğbət və inamını qazanmağa müvəffəq olan Sputnik.az-ı 5 yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram. Azərbaycanın ictimasi-siyasi həyatında gedən proseslər, dünyada baş verən hadisələr, bizi narahat edən problemlərlə bağlı məlumatları təqdim etmək yolunda işiniz avand olsun. Sizə dəqiq və operativ xəbərləri yaymaqda daha geniş imkanlar arzu edirəm. Xəbəriniz bol olsun!".

Əlli illiyinizi gözləyirik: yaradıcı ziyalılar Sputnik Azərbaycan-ı təbrik edir  - Sputnik Azərbaycan
VİDEO
Əlli illiyinizi gözləyirik: yaradıcı ziyalılar Sputnik Azərbaycan-ı təbrik edirlər

Ölkənin aparıcı banklarından olan "Kapital Bank" da təbriklərə qoşulub. Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov "Kapital Bank"ın Sputnik Azərbaycan-a olan təbriklərini çatdırıb: "Sputnik Azərbaycan" xəbər portalının yaranmasının 5 ili münasibətilə, saytın rəhbərliyini və əməkdaşlarını ürəkdən təbrik edirik! Hər zaman operativ, qərəzsiz və obyektiv olmalarını arzulayırıq. Qürurverici haldır ki, dünyanın 30-dan artıq ölkəsində olan Sputnik, Azərbaycanda da fəaliyyət göstərir və hər saat minlərlə daimi oxucusuna maraqlı xəbərlər təqdim edir. 5 il elə də böyük yaş olmasa da, müasir zamanda xəbər portalı olaraq tanınmaq, sayılıb-seçilən KİV nümayəndəsi olmaq üçün kifayət qədər böyük zaman kəsiyidir. Növbəti illər ərzində oxuculara daha maraqlı, eksklüziv xəbərlər dərc etməyi diləyirik. İlk yubileyiniz mübarək!"

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Ariz Tarverdiyev təmsil etdiyi qurumun adından Sputnik Azərbaycan-ı təbrik edib: "Müasir cəmiyyət çoxyönlü və çoxçeşidli informasiya resurslarına, çox zəngin və əhatəli informasiya ehtiyatlarına malikdir. Ən başlıcası da odur ki, cəmiyyətin hər bir üzvü bu informasiyani almaq, ondan bəhrələnmək və ona öz şəxsi münasibətini bildirmək, əlavələr etmək imkanları da qazanıb. Belə bir mühitdə informasiya agentliklərindən əvvəllər tələb olunduğundan daha çox fəaliyyət, peşəkarlıq və əzmkarlıq tələb olunur. Sputnik Azərbaycan İnformasiya Agentliyi belə bir dövrdə öz mövculuğunu saxlamaqla bərabər, ilkin sıralarda yer almağı bacarıb. Üstəlik, Sputnik MBD ölkələrinin Azərbaycanla bağlı xəbərləri birbaşa əldə etməsində əsas resurslardan biri hesab olunur. Dəyərli Sputnik əməkdaşlarını, peşəkar komandanı 5 yaşı münasibətilə təbrik edirik! Bu, olduqca məsuliyyətli və vacib missiyada uğurlar arzulayırıq!"

Təbriklərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də qoşulub. Agentliyin mətbuat katibi Aysel Fərziyeva deyib: "Yarandığı gündən informasiya məkanında özünəməxsus dəsti-xətti olan "Sputnik Azərbaycan" qısa müddət ərzində obyektiv və operativ informasiyaları ilə böyük oxucu kütləsi qazanıb. Ölkədə və dünyada baş verən ən son mühüm hadisələri operativ şəkildə oxucuların diqqətinə çatdırmağa çalışır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə sıx əməkdaşlıq edən bu media qurumu qida təhlükəsizliyi və istehlakçıların maarifləndirilməsi ilə bağlı informasiyalara da daim öz səhifələrində yer ayırır. Böyük oxucu auditoriyası qazanan "Sputnik Azərbaycan"ı bir daha təbrik edir, bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq!"

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov şirkətin adından Sputnik Azərbaycan-ı təbrik edib: "Sputnik Azərbaycan xəbər agentliyinin Azərbaycan redaksiyasının fəaliyyətə başlamasından 5 il ötür. Bu əlamətdar tarix münasibəti ilə Sputnik Azərbaycan kollektivində çalışan, Azərbaycana rəğbət və dostluq münasibəti göstərən əməkdaşları ürəkdən təbrik edirik. Son illərdə Sputnik Azərbaycan redaksiyası ilə səmərəli əməkdaşlıq əlaqələrimiz daha da inkişaf edib. Sputnik Azərbaycan ölkədə öz faəliyyətini intensivləşdirərək, bir çox təcrübəli jurnalistləri işə cəlb edib, onların yorulmaz fəaliyyəti sayəsində aktivləşib, daha dolğun və daha dərin təhlillər hazırlamağa müvəffəq olub. Sputnik Azərbaycan redaksiyasının neft və qaz sənayesinə aid hazırladığı xəbərləri ictimaiyyətə daim dəqiq və obyektiv şəkildə çatdırmağa çalışdığının şahidi olmuşuq. Hesab edirik ki, bu baxımdan Sputnik Azərbaycan redaksiyası Sputnik agentliyinin digər redaksiyalarına və bir çox media qurumlarına da nümunə ola bilər. Sputnik Azərbaycan kollektivinə bundan sonra da ölkəmizin ictimai-siyasi və iqtisadi həqiqətlərini maksimum dərəcədə obyektiv, dürüst və qərəzsiz işıqlandırılmasında, Azərbaycan həqiqətlərinin agentliyin digər redaksiyalarına da çatdırılmasında uğurlar arzulayırıq!"

Dövlət Turizm Agentliyi Media və ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Kənan Quluzadə deyib ki, "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan və rus dillərində fəaliyyət göstərməsi ölkəmizin turizm imkanlarının geniş auditoriyaya çatdırılması baxımından önəmlidir: "Son illərdə Azərbaycanda ölkə rəhbərliyi tərəfindən turizmin inkişafına xüsusi diqqət ayrılır. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin zəngin turizm potensialının xaricdə təbliğatı üçün məqsədyönlü addımlar atılır. Əlbəttə, Azərbaycanın mövcud turizm imkanlarının təbliğatında medianın rolu danılmazdır. Bu baxımdan Sputnik.az turizm potensialımızın ölkəmiz üçün hədəf bazarlardan hesab olunan Rusiya bazarına çatdırılmasında əhəmiyyətli platformadır. Bir daha "Sputnik Azərbaycan"ın bütün kollektivini təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq".

Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan
CƏMİYYƏT
Fazil Mustafa: Sputnik-ə etibarlılığı ilə bağlı bir dəfə də olsun iradımız olmayıb

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov Sputnik Azərbaycan-a ünvanladığı təbrikdə yazıb: "Azərbaycanın internet məkanında yetəri qədər nüfuza malik olan "Sputnik Azərbaycan" xəbər məkanında öz yeri və dəst-xətti ilə seçilir. Fəaliyyətə başladığı ilk gündən böyük xəbər yükünün daşıyıcısı olub, cəmiyyətə çoxsaylı yeni və maraqlı xəbərlər təqdim edib. Beş illik yubileyi münasibətilə bu saytın peşəkar kollektivini təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!".

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natavan Bayramova da Sputnik Azərbayacan-a təbriklərini çatdırıb: "Sputnik az-ın virtual aləmə gəlişinin 5 ili tamam olur. Bütün heyəti bu münasibətlə təbrik edirik. Beş il vaxt baxımından böyük deyil, amma xəbər dünyası üçün nəhəng rəqəmdir, minlərlə, on minlərlə deyil, yüz minlərlə xəbər deməkdir. Saysız-hesabsız müsahibələrdir, informasiya selidir, insan ömrü, zəhmət deməkdir. Biz də əlbəttə, sizə, bütün kollektivinizə uğurlar, yeni nailiyyətlər arzulayırıq. Xoş xəbər olasınız!"

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifovun təbrikində deyilir: "Respublikamızda yüzlərlə KİV var. Amma etiraf etməliyik ki, biz əksər informasiyaları seçilmiş internet portallarından əldə edirik. Ən azından ona görə ki, internet xəbər portalları daha operativdir, informasiyanı anında çatdırır. Bu xəbər portalları arasında sputnik.az adını xüsusi vurğulamaq istəyirəm. Düzü, 5 yaşı olduğunu eşidəndə təəccübləndim. Çünki oradakı xəbərlərin dolğunluğunu, operativliyini, tərəfsizliyini və xüsusi yazıları oxuyanda adama elə gəlir, neçə illərin internet portalıdır. Arzu edirəm, elə fikrimizdə olan reallaşsın. Sputnik-in azı 10, 15 və daha çox illik yubileylərini qeyd edək. Sputnik.az-ın rəhbərliyini və bütün kollektivini səmimi qəlbdən təbrik edir, işlərinizdə uğurlar arzulayıram".

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev yazıb: "Sputnik.az tanıdığım dəyərli, professional və obyektiv dostlar komandasıdır. Hər birinizi təbrik edirəm, arzu edirəm ki, həmişə belə qərəzsiz və doğru mövqeyi saxlamaqla oxucularınızın ilk axtardığı xəbər mənbəyi olasınız! Bütün kollektivinizə can sağlığı, sevinc dolu günlər və bol-bol uğurlar arzulayıram!"

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yazıb: "Sputnik xəbər agentliyi gənc olmasına baxmayaraq, geniş auditoriyanın marağını cəlb edən xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin oxucunu maraqlandıran layihələr təqdim edir. Bu üzdən xəbər əldə etmək üçün etibar etdiyim agentliklərdən biridir. Qısa müddət ərzində Sputnik.az bu rəğbəti qazana bilib. Buna görə nəinki özümün, həmçinin geniş auditoriyanın təbriklərini çatdırıram. Yeni yaşınız sizə yeni-yeni nailiyyətlər gətirsin. Hər zaman hər-hansı xəbəri çəkinmədən istinad edəcəyimiz agentlik olaraq qalsın. Bir daha saytın sıravi işçisindən tutmuş rəhbərliyinə qədər hər kəsi təbrik edirəm! O gün olsun birlikdə daha böyük yubileylərinizi qeyd edək!"

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da Sputnik Azərbaycan-ı 5 illik yubileyi münasibəti ilə təbrik edib: "Sputnik Azərbaycan kollektivini təbrik edir, uğurlar diləyir, gələcəkdə daha sıx əməkdaşlıq imkanları arzulayıram. Biz bu müddət ərzində kifayət qədər sıx əməkdaşlıq platforması yaratmışıq. Bu səbəbdən də bu ənənəni daha da genişləndirməyi arzu edirəm. 5 yaş kiçik hesabat dövrüdür. Növbəti illəri daha böyük miqyasda qeyd etməyi arzulayıram. Həmkarlarım var olun!

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əflatun Amaşov: Sputnik Azərbaycan-ın qısa vaxtda qazandığı status heyrət doğurmaya bilməz

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev isə yazıb: "Əziz dostlar, sizi "Sputnik.az"ın 5 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Qlobal media məkanında özünəməxsus yer tutan Sputnik Azərbaycan maraqlı xəbər mənbəyi olmaqla yanaşı, ölkəmizin həyatı, milli maraqlarımızla bağlı həqiqətlər barədə xarici auditoriyaya obyektiv informasiya çatdırılmasında fəal iştirak edir. Qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində görülən işlərin işıqlandırılmasına həssaslıqla yanaşan kollektivinizlə əməkdaşlığa hər zaman hazır olduğumuzu bildirir, Sizə yeni yaradıcılıq nailiyyətləri, ölkəmizin maraqlarının təmin olunması naminə uğurlu fəaliyyət arzulayrıq!"

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı da Sputnik Azərbaycan-ı təbrik edib: "Bu sayt hər zaman bizimlə əməkdaşlıq edib. Sosial problemlərin araşdırılması, görülən işlərin işıqlandırılması ilə bağlı saytın bir neçə müxbiri ilə əməkdşalıq edirik. Sizə uğurlar və uzun ömür arzulayırıq!"

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyevanın Sputnik Azərbaycan-a ünvanladığı yubiley təbrikində deyilir: "Sputnik Azərbaycan dəqiq və qərəzsiz informasiya təqdim edən media orqanlarından biridir. Bu beş ildə ölkənin informasiya məkanında öz sözünüzu demisiniz. Sizi təbrik edirəm və işlərinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, hər zaman Sputnik Azərbaycan-la əməkdaşlığımızı səmərəli şəkildə davam etdirəcəyik".

Sputnik Azərbaycan-ı təbrik edənlər sırasında Yelo Bank-ın kollektivi də var. Bankın mətbuat xidmətindən redaksiyamıza ünvanladığı təbrikdə deyilir: "Dəyərli Sputnik ailəsi, Yelo Bank-ın kollektivi adından Sizi təbrik edirik! İnformasiya məkanında sözünü deməyi bacaran bir agentliyə yalnız bir şey arzu etmək olar: hər zaman səsiniz zirvələrdən gəlsin. Əməkdaşlıq etdiyimiz dövrdə "Sputnik Azərbaycan" peşəkarlığı və qərəzsizliyi ilə diqqət çəkib. Şübhə etmirik ki, bundan sonra da bu dəyərli kollektiv bu prinsiplərə sadiq qalacaq. Hər yeni yaş Sizə yeni uğurlar gətirsin!"

Xəbər lenti
0