CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən muzeylər qapılarını açır

© Sputnik / Murad Orujovİçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyi
İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyi - Sputnik Azərbaycan
Abunə olmaq
Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək

BAKI, 25 may — Sputnik. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında "açıq qapı" günləri təşkil olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, 28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Xəbər lenti
0