CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu kəndin karantinə alınması xəbəri yalan çıxdı

© Sputnik / © Sputnik / Elvin AhmadПост между районами, фото из архива
Пост между районами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Bizim kənddə 12 nəfərdə koronovirus aşkarlanmışdı. Bu günlərdə daha 4 nəfərin koronovirus testi müsbət çıxdı. Amma onların hamısının vəziyyəti qənaətbəxşdir. Kəndimiz karantinə alınmayıb”

Zülfiyyə Quluyveva, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Son günlər mətbuatda Azərbaycanda koronavirusa kütləvi yoluxmaya görə, daha bir yaşayış massivinin karantinə alındığı barədə məlumat yayılıb. Xəbərlərə görə, Kürdəmir rayonun Sığırlı kəndində 56 nəfər koronavirusa yoluxub.

Kürdəmir rayon Sığırlı kəndinin bələdiyyə sədri Bayram Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu məlumatların yalan olduğunu bildirib. B.Həsənov deyib ki, kənddə 16 nəfərdə koronovirus aşkarlanıb: “Bizim kənddə 12 nəfərdə koronavirus aşkarlanmışdı. Bu günlərdə daha 4 nəfərin koronovirus testi müsbət çıxdı. Amma onların hamısının vəziyyəti qənaətbəxşdir. Kəndimiz karantinə alınmayıb”.

B.Həsənov deyib ki, kəndin hazırda 7337 nəfər sakini var: “Ola bilər ki, Kürdəmir rayonun digər kəndləri ilə müqayisədə 16 yoluxma çoxdur. Amma kəndin 7 mindən çox sakini olduğunu nəzərə alsaq, bu o qədər də böyük rəqəm deyil. Bununla belə kənddə bütün iaşə müəssisələrində dezinfeksiya işləri aparılıb. Amma kənd karantinə alınmayıb”.

Xəbər lenti
0