14:47 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
31 0 0

Sputnik Azərbaycan ölkəmizdə baş verən hadisə və proseslərin obyektiv işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması istiqamətində əhəmiyyətli rola malikdir.

BAKI, 25 may — Sputnik. Sputnik Azərbaycan ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində polisin apardığı profilaktik tədbirlər, həyata keçirilən işlər barədə əhalinin məlumatlandırılması və maarifləndirmə təşəbbüslərində fəal iştirak edib.

Bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-ı beş illik yubileyi münasibəti ilə təbrik edərkən deyib.

""Sputnik" Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan redaksiyasını – Sputnik Azərbaycan-ı 5 illik yubileyi münasibətilə təbrik edirəm. Sputnik Azərbaycan ölkəmizdə baş verən hadisə və proseslərin obyektiv işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırılması istiqamətində əhəmiyyətli rola malikdir. Sputnik Azərbaycan eyni zamanda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində polisin apardığı profilaktik tədbirlər, həyata keçirilən işlər barədə əhalinin məlumatlandırılması və maarifləndirmə təşəbbüslərində fəal iştirak edib, öz töhfəsini verib", - deyən Elşad Hacıyev Sputnik Azərbaycan-a fəaliyyətində uğurlar, yeni naliyyətlər arzulayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev xalqımızın maarifləndirilməsi istiqamətində Sputnik Azərbaycan-ın gördüyü işləri müsbət qiymətləndirib. O, agentliyə ünvanladığı təbrikdə deyib:

"Agentliyin rəhbərliyi başda olmaqla, kollektivinizin bütün üzvlərini səmimi qəlbdən təbrik edir, sizə yaradıcılıq uğurları, oxucu sevgisi və xalqımızın məlumatlandırılması, maariflənməsi istiqamətində gördüyünüz işlərdə müvəffəqiyyətlər arzu edirik!"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov isə Sputnik Azərbaycan-ı beş il ərzində yol hərəkətinin təhlükəsizliyinə dair çox böyük təbliğati işlər apardığını xüsusilə qeyd edib.

"Sputnik Azərbaycan ötən beş il ərzində əhaliyə obyektiv informasiya xidmətinin göstərilməsində böyük işlər görüb. Bu baxımdan beş il az müddət deyil. Sputnik Azərbaycan-ın yol hərəkətinin təhlükəsizliyinə dair təbliğat işlərinin aparılmasında əhəmiyyətli yeri və fəaliyyəti var. Agentliyin bütün əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edirəm", - deyə Əsədov bildirib.

Əlaqədar

Fazil Mustafa: Sputnik-ə etibarlılığı ilə bağlı bir dəfə də olsun iradımız olmayıb
Əlli illiyinizi gözləyirik: yaradıcı ziyalılar Sputnik Azərbaycan-ı təbrik edirlər
Nigar Arpadarai: Sputnik ölkəmizdə baş verən bütün mühüm hadisələri obyektiv işıqlandırır
"Siz hamıya nümunə ola bilərsiniz" - həmkarlarımızdan Sputnik Azərbaycan-a təbriklər
“Deyilməyənləri dediyinizə görə təşəkkür” – Millət vəkilindən səmimi təbrik

Əsas mövzular