01:21 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9620

İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

BAKI, 24 may – Sputnik. Bu gün Azərbaycanda Ramazan bayramıdır. 

Sputnik Azərbaycan xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Eydül Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 24-nə təsadüf edir.

Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər. 

İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

QMİ-nin fətvasında deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qeyd edək ki, Ramazan ayı aprelin 25-də başlamışdı. 

Xatırladaq ki, Azərbaycanda mayın 24-25-i Ramazan bayramı, mayın 28-i isə Respublika Günüdür. Ayın 24-ü həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün mayın 26-sı da qeyri-iş günü hesab olunur. Baş Nazir Əli Əsədovun müvafiq qərarı ilə ölkədə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. Bununla da Azərbaycanda 8 gün ardıcıl qeyri-iş günüdür.

Əsas mövzular