CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ziyanı olsa, da xeyirsiz də deyil: Qanını dəyişdirib, bizə xidmətə gətirirlər

© Sputnik / Ilham MustafayevArıçılıq təsərrüfatı
Arıçılıq təsərrüfatı - Sputnik Azərbaycan
Abunə olmaq
Təcrübəli arıçılar pandemiya dövründə arıçıların xaricdən ana arı gətirə bilməməsinin arıçılığa təsiri barədə danışırlar

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Arıçılıq ölkəmizdə ən qədim təsərrüfat sahələrindəndir. Lakin yerli arıların ildən ilə cırlaşaraq məhsuldarlığının azalması arıçıları yeni üsullara üz tutmağa vadar edir.

Bir neçə ildir yerli arıçılar xaricdən təmiz qanlı seleksiya yolu ilə yetişdirilmiş ana arılar gətirirlər. Bu arılar sonradan hər bir arı ailəsini köklü dəyişərək məhsuldarlığa səbəb olur. Əgər yerli arı ailəsi mövsüm ərzində 10-20 kq aralığında məhsul verirsə, seleksiya yolu ilə artırılan yeşiklərdə bu 50-60 kq aralığında dəyişə bilir. Lakin bu ilin əvvəlindən başlayaraq dünyanı bürüyən koronavirus pandemiyası xaricdən ana arıların ölkəmizə gətirilməsində çətinliklər yaradıb.

© Sputnik / Ilham MustafayevArıçılıq təsərrüfatı
Ziyanı olsa, da xeyirsiz də deyil: Qanını dəyişdirib, bizə xidmətə gətirirlər - Sputnik Azərbaycan
Arıçılıq təsərrüfatı

Təcrübəli arıçılar bir neçə ildir xarici ana arı alaraq məhsuldarlığı artıran təsərrüfatçılara bunun çox təsir etməyəcəyini fikirləşirlər. Yalnız ilk dəfə ana arı gətirmək istəyən arıçılarda bu problem yarana biləcəyini düşünürlər. Onların fikrincə, əvvəllər bu işlə məşğul olan arıçıların artıq əllərində bir baza var və özləri təmiz qanlı ana arıdan yeni ana arılar yetişdirmək qabliyyətindədirlər.

Bu haqda Sputnik Azərbaycan-a danışan arıçı İlqar Həsənov eyni zamanda bunun yerli arıçılara da öz ana arılarını yetişdirməyə stimul verəcəyi fikrindədir: “May ayından başlayaraq hər il ölkəyə əsasən Gürcüstan və Rusiyadan, qismən Türkiyə və Almaniyadan seleksiya yolu ilə yetişdirilmiş ana arılar gətirilir. Lakin məlum pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğundan bu il yeni arıların ölkəmizə gətirilməsi hələ mümkün olmayıb. Amma bunun təcrübəli arıçılar üçün o qədər də problem yaradacağını fikirləşmirəm. Əksinə, yerli ana yetişdiricilər də bunu nəzərə alıb böyük ana arı yetişdirən təsərrüfatlar yarada bilər. Onlar ana arı yetişdirərək həm arıçıları təmin edər, həm də maddi təminatını düzəldərlər”.

© Sputnik / Ilham Mustafayevİlqar Həsənov
Ziyanı olsa, da xeyirsiz də deyil: Qanını dəyişdirib, bizə xidmətə gətirirlər - Sputnik Azərbaycan
İlqar Həsənov

İ.Həsənov sovet dövründə Azərbaycan arıçılığında məhsuldar arı populyasiyalarının olduğunu, lakin onların tədricən cırlaşıb məhsuldarısz hala gəldiyini bildirib. Bunun arıçıların öz gücləri hesabına həllinin mümkünsülüyünü söyləyən təcrübəli arıçı dövlət dəstəyi lazım olduğunu diqqətə çatdırıb: “Yerli arı növləri artıq cırlaşaraq məhsul vermə qabiliyyətini itiriblər. Nə qədər qulluq edilsə də onlardan istənilən məhsulu almaq mümkün olmur. Bu səbəbdən təcrübəli arıçılar arı nəsillərinin dəyişməyinə üstünlük verirlər. Təcrübəli arıçılar yerli arıları mini-seleksiya edə bilsələr də, adi şəraitdə erkək arı xəttinə nəzarət etmək mümkün olmur. Bu proses yalnız xüsusi ixtisaslaşmış qurumlarda mümkündür. Çox istərdik ki, dövlət bu sahəyə daha ciddi nəzarət etsin və yerli ana arıların cırlaşaraq tamamilə sıradan çıxmasının qarşısı alınsın”.

Arıçı İbrahim Qurbanlı da xaricdən ana arı gəlişilə bağlı ciddi narahatlıq olmayacağını düşünür.

© Sputnik / Ilham Mustafayevİbrahim Qurbanlı
Ziyanı olsa, da xeyirsiz də deyil: Qanını dəyişdirib, bizə xidmətə gətirirlər - Sputnik Azərbaycan
İbrahim Qurbanlı

“Bir çox arıçının daha əvvəldən gətirilən anaları var. Onlardan yeni analar yetişdirib davam etdirmək mümkün olacaq. Fikirləşirəm ki, bu il işimizdə problem yaranmayacaq. Müəyyən bazamız var, olmayanları da digər arıçılarla mübadilə edib dəyişirik. Lakin bir çox arıçılarımız var ki, seleksiya olunmuş arının nə olduğundan belə xəbəri yoxdur. Eşidib, bu il etmək istəyənlərin işində müəyyən ləngimələr ola bilər” - deyə bildirib.

© Sputnik / Ilham MustafayevArıçılıq təsərrüfatı
Ziyanı olsa, da xeyirsiz də deyil: Qanını dəyişdirib, bizə xidmətə gətirirlər - Sputnik Azərbaycan
Arıçılıq təsərrüfatı

Yerli arılar və gətirilən arıların fərqini deyən İ.Qurbanlı cırlaşmış yerli arılara nə qədər ciddi xidmət göstərilsə də 10-20 kq, seleksiya olunmuş arıdan 50-60 kq məhsul götürə bildiklərini bildirib. Bu səbəbdən xaricdən arı gətilrilməsə arıçılığın ölkədə məhv olmasının qarşısını aldığını söyləyib.

Xəbər lenti
0