12:51 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanın görməli yerləri, turizm obyektləri (55)
29930

Zərgərlər Coratda kükürdlü su olduğunu bildiklərindən, nəinki coratlılara, hətta yaxın kəndlərin adamlarına da qəlp qızıl satmazlarmış, çünki bu suda qəlp qızılı müəyyən etmək olurmuş

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Corat qəsəbəsini Sumqayıtın qürur rəmzi, tarixinin, mövcudluğunun əsas dayağı hesab edirlər. İki min illik tarixi olan Corat tarixi abidələrlə zəngindir. Bu abidələrin içərisində hamamlar da var.

Sputnik Azərbaycan xəbər verir ki, burada olan iki hamamdan biri Köhnə, digəri isə Təzə hamam adlanır.

Köhnə hamam dəniz qırağında yerləşir. Onun tarixi təxminən 6 əsr öncəyə gedib çıxır. Hamamın tikilməsində Əhliman adlı bir kişinin böyük rolu olub. Yerin altında, bayırdan təxminən 1,50 m hündürlükdə yerləşən hamamın kanalizasiya boruları saxsıdandır. Bura yaxınlıqda yerləşən Nəbi bulağının şirin, kükürdlü, müalicəvi əhəmiyyətli suyu ilə təmin edilib.

© Sputnik / Kamal Almuradlı
Corat qəsəbəsində yerləşən hamam

Zərgərlər Coratda kükürdlü su olduğunu bildiklərindən, nəinki coratlılara, hətta yaxın kəndlərin adamlarına da qəlp qızıl satmazlarmış, çünki bu suda qəlp qızılı müəyyən etmək olurmuş.

Təəssüf ki, Hacı Məcid hamamı kimi tanınan Köhnə hamam uzun müddətdir taleyin ümidinə buraxılıb.

© Sputnik / Kamal Almuradlı
Corat qəsəbəsində yerləşən hamam

Təzə hamam isə kənd içində, məscidin yaxınlığında yerləşir. 300 ildən çox tarixi olan günbəz şəkilli bu hamam Hacı Əmrulla bəyin hamamı adlanır. Həmin hamamın yaşı təxminən 3 əsrdən çoxdur.

Qabaqlar mazutla qızdırılan hamamdan istifadə edənlər 1 kq buğda və yaxud 2 çörək, 2 yumurta ödəyirmişlər.

© Sputnik / Kamal Almuradlı
Corat qəsəbəsində yerləşən hamam

Bu hamam da 70 ildən çoxdur ki, baxımsız vəziyyətdədir, uçulub dağılır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu hamamlar dövlət qeydiyyatına alınmayıb: "Monitorinqlər aparılır, həmin tarixi abidələrin gələcəkdə dövlət qeydiyyatına alınması mümkündür".

© Sputnik / Kamal Almuradlı
Corat qəsəbəsində yerləşən hamam

Sumqayıt şəhər Mmemarlıq və Şəhərsalma İdarəsindən verilən məlumata görə, artıq hər iki tarixi abidənin bərpası üçün ilkin layihə hazırdır. Layihədə hamamların tam şəkildə restavrasiyası, eyni zamanda ərazinin abadlaşdırılması nəzərdə tutulub. Hamamlar texniki tərəfdən də sıradan çıxdığı üçün bərpa nəzərdə tutulduğundan daha çox vaxt aparacaq.

Qeyd edək ki, sözügedən layihə üzərində işlərə ötən ildən start verilib.

Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (55)

Əlaqədar

Didərgin milyonçunun son məkanı: vəsiyyəti yerinə gəlincə iki dəfə köçdü - FOTO
"Millətlər atasını" iki dəfə ölümdən qurtaran məscid indi öz xilasını gözləyir
Bakının gerbinin yarandığı məkandan reportaj - hələ pulsuzdur, siz də gəlin
Qafqaz Albaniyasının yeganə yadigarına inanmayanları niyə uğursuzluq gözləyir
Bakı neftinin iyinə gəlmişdilər, Sumqayıtın şoran torpağı qismət oldu

Əsas mövzular