CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şirin içki içən qadınlar ürək xəstəliklərinə tez tutulur

CC0 / Brunei / juiceMeyvə şirələri, arxiv şəkli
Meyvə şirələri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İyirmi il müddətində 106178 nəfər qadın üzərində aparılan təhlillər zamanı müəyyən edilib ki, ürək-damar xəstəlikləri inkişafı içkinin növünə görə baş verir.

BAKI, 23 may — Sputnik. Gündəlik şirin içkilər içən qadınlar, şəkərli məhsullardan qaçan şəxslərə nisbətən 19 faiz daha çox ürək-damar xəsətliklərindən əziyyət çəkir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Amerika Kardioloqlar Assosiasiyasının jurnalının məlumatına görə, gün ərzində bir neçə dəfə şirin içkilər qəbul edən qadınlarda ürək-damar xəstəliklərinin inkişafı daha sürətli olur.

Захоронение человека скончавшийся от COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Koronavirusdan ən çox belə xəstələr ölür

Şirin içkilər dedikdə meyvəli içkilər, idman və enerji içkiləri, adi qazlı içkilər, şirinləşdirimiş su, şəkər əlavə edilmiş qənd və qəhvə nəzərdə tutulur. Bu içkilərin gündəlik norma həddi 235 qram müəyyənləşdirilib.

İyirmi il müddətində 106178 nəfər qadın üzərində aparılan təhlillər zamanı müəyyən edilib ki, ürək-damar xəstəlikləri inkişafı içkinin növünə görə baş verir.

Məsələn, şəkər əlavə edilmiş meyvəli içkilər içən qadınlarda ürək-damar xəstəlikləri 42 faiz, qazlı şirin içkilər içən qadınlarda 23 faizdir.

Məlumata görə, anju-plastika-damarların təmizlənməsi əməliyyatına gün ərzində bir neçə dəfə şirin içkilər içən qadınlar 26 faizi daha çox müraciət edirlər. Onların insult olma şansı 21 faiz çoxdur.

Ürək-damar xəstəlikəri ürəyi və qan damarlarını zəiflədir. Bu xəstəlik ABŞ-da insanların ölüm səbəbləri arasında liderlik edir. Xəstəliklərin İdarə edilməsi və profilaktikası mərkəzinin məlumatına görə, ürək xəstəlikləri hər 37 saniyədə bir nəfərin ölümünə səbəb olur.

Şirin içkilərin yerinə gün ərzində adi su içmək məsləhət görülür.

Xəbər lenti
0