CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alimlər qədim insan qəbirləri və mamont qalıqları aşkar ediblər

© © INAH via APОстанки мамонтов, фото из архива
Останки мамонтов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Arxeoloqların fikrincə, tapılmış mamont qalıqları 12 min il əvvəl başa çatmış Pleystosen dövründə Şimali Amerikada yaşayan "Mammuthus columbi" növünə aiddir.

BAKI, 23 may — Sputnik. Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun alimləri Mexiko şəhərində yerləşən Felipe Anxeles Beynəlxalq Hava Limanının tikinti yerində 60 mamontun qalıqlarının, həmçinin ispanların gəlişindən əvvəlki dövrə məxsus 15 insan qəbrinin aşkar edildiyini bildiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə institutun saytında bildirilir.

Arxeoloqların fikrincə, tapılmış mamont qalıqları 12 min il əvvəl başa çatmış Pleystosen dövründə Şimali Amerikada yaşayan "Mammuthus columbi" növünə aiddir.

Tapılmış mamont qalıqları, çox güman ki, bataqlıq ərazilərdə boğulmuş heyvanlara məxsusdur.

Arxeoloqlar tərəfindən aşkar edilmiş insan qəbirləri isə küpələr, kasalar və gil heykəlciklərlə dəfn edilmiş fermerlərə məxsusdur. Aşkar edilən keramik qablar bu yerdə eramızın VIII-X əsrlərində insanların yaşayış yerinin olduğunu göstərir.

Xəbər lenti
0