CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyəli aktyor azərbaycanlı tələbələrə yardım etdi

© Photo : Instagram / onurtunaОнур Туна, фото из архива
Онур Туна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı iş qadını Ruhi Əliyeva və aktyor Onur Tuna Türkiyədə təhsil alan azərbaycanlılara kömək etmək qərarına gəliblər.

BAKI, 23 may – Sputnik, Kəmalə Əliyeva. Türkiyənin tanınmış aktyoru Onur Tuna azərbaycanlı iş qadını Ruhi Əliyevanın həyata keçirdiyi xeyriyyə aksiyası çərçivəsində Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə maddi yardım göstərib. Bu barədə Ruhi Əliyeva Sputnik Azərbaycan-a bildirib.

"Biz Onur ilə birlikdə tələbələr üçün mənzil kirayəyə götürmüşük, həmçinin onları qida məhsulları ilə təmin etmişik. O, Azərbaycanı nə qədər sevdiyini bir daha sübut etdi. Biz onunla birlikdə xeyriyyə aksiyasını davam etdirəcəyik", - Ruhi Əliyeva qeyd edib.

View this post on Instagram

A post shared by onurtuna (@onurtuna) on

Onur Tuna məşhur türkiyəli aktyordur. O, "Filinta", "Qadağan olunmuş meyvə", "Cəsur ürək", "Həyat davam edir" və bir çox digər yüksək reytinqli seriallarda və filmlərdə çəkilib.

Xatırladaq ki, Onur Tuna 2019-cu ildə Ruhi Əliyevanın maliyyə dəstəyi ilə Türkiyədə çəkilmiş "Ağır Romantik" adlı filmdə rol alıb.

Xəbər lenti
0