CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uçuşlar bu tarixdən bərpa oluna bilər

© Photo : Pexels / Michael VershininСамолет в небе, фото из архива
Самолет в небе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Karantin rejiminin iyunun 1-dən sonra uzadılması müzakirə olunur. Amma hansı tarixə uzadılacağı hələ bəlli deyil"

BAKI, 22 may — Sputnik. Naxçıvana uçuşlar bərpa oluna bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib. 

Amma R.Bayramlı xarici ölkələrlə sərhədlərin açılmasının iyun ayının 1-dən mümkün olmadığını söyləyib: "Karantin rejiminin iyunun 1-dən sonra uzadılması müzakirə olunur. Amma hansı tarixə uzadılacağı hələ bəlli deyil. Beynəlxalq uçuşların Azərbaycanda iyunun 15-də açılması mümkün ola bilər. Amma yaxın günlərdə sərhədlərin açılması gözlənilmir. İlk olaraq Naxçıvana uçuşların bərpa edilməsi nəzərdə tutulur”.

Xəbər lenti
0