CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toylar, mollar və idman zalları ilə bağlı açıqlama

© AP Photo / Jens MeyerНовобрачные, фото из архива
Новобрачные, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Çimərliklərin açılması ilə bağlı da problem görmürük. Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Təlimatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq"

BAKI, 22 may — Sputnik. Toy və digər kütləvi məclislərin bərpası üçün iyun ayı məqbul hesab olunmur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O deyib ki, əhaliyə toylarla bağlı belə tezliklə plan qurmaq tövsiyə edilmir: "Çünki el şənliklərinin keçirildiyi məkanlar bu virusun yayılması üçün münbit şərait yarada bilər".

Amma R.Bayramlı bildirib ki, iyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir. Əgər göstəricilər stabil olsa, bu barədə qərar qəbul edilə bilər: "Çimərliklərin açılması ilə bağlı da problem görmürük. Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Təlimatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman zallarının açılması, yəqin, iyunun 1-dən mümkün olacaq. 1 iyun tarixindən tədbirlərin keçirilməsinə icazənin verilməsi gündəmdədir. Yəqin ki, bu barədə müvafiq qərar veriləcək".

İyunun 1-dən sonra isə rayonlara gediş-gəlişin açılması müzakirə olunacaq.

Xəbər lenti
0