20:17 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
500 0 0

"Əksər hallarda cəmiyyət, böyük çoxluq bunu dəstəkləmir. Siqaretlə bağlı olaraq hansısa formada addım atıldıqda böyük dəstək olmur. Çünki insanlar pis vərdişlərdən deyil, yaxşı vərdişlərdən rahatlıqla imtina edirlər.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Hər il dünyada siqaretdən ölənlərin sayı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, illik olaraq təxminən 8 milyon insan siqaret çəkdiyi üçün erkən yaşda dünyasını dəyişir. İnsan ölümləri, siqaretin gənclər, yeniyetməlik yaşında olanlar arasında geniş yayılmasının qarşısını almaq üçün isə müxtəlif addımlar atıldı. Bəzi ölkələr qiymətləri, vergiləri qaldırsa da, rəqəmlərdə ciddi fərq aşkarlanmadı. Artıq rəqəmlərin, bir növ siqaretin cazibəsinin azaldılması üçün yeni qadağa tətbiq olunub.

Belə ki, Avropa Birliyinin tütün məhsulları ilə bağlı qanun layihəsinə müvafiq olaraq Avropada mentollu, yəni ətirli, eyni zamanda da çox nazik olan siqaretlərin satışı və istifadəsi qadağan edildi. Avropa İttifaqının (Aİ) 2014-cü ildə qəbul etdiyi və 2016-cı ildə qüvvəyə minmiş Tütün Direktivinə uyğun olaraq, Aİ ölkələrində mentollu tütün məhsullarına qadağa tətbiq olunub. Siqaret bazarında satış payı 3 faizdən çox olan mentollu siqaretlərin sağlamlığa zərərli olduğu və tütün qoxusunun qarşısını alaraq, siqaret çəkməyə təşviq etməsi səbəbindən qadağan edildiyi bildirilir. Bununla da hökumətlər ümid edir ki, siqaret istifadəçilərinin sayının artmasının qarşısını almaq mümkün olacaq.

Çünki bu cür siqaretlər digərləri ilə müqayisədə daha cəlbedici olmaqla həm də asılılıq yaradır, ondan imtinanı çətinləşdirir.

Lakin bu qanun layihəsində elektron siqaretlərlə bağlı heç bir müddəa yer almayıb.

Azərbaycanda siqaret çəkənlərin 36.7 faizini kişilər, 2.26 faizini isə uşaqlar təşkil edir. Qadınlarala bağlı rəqəmlərə gəldikdə isə Azərbaycanda gündəlik olaraq siqaret çəkən qadınların sayı təxminən 11 mindir. Bu barədə tobaccoatlas-ın 2015-ci il məlumatında qeyd olunub.

Məlumatda qeyd olunur ki, Azərbayanda siqaret çəkənlərin 0.58 faizini qızlar təşkil edir ki, bu da rəqəm etibarı ilə 1600-dür. 2016-cı ilin hesabatında isə qeyd olunur ki, Azərbaycanda siqaretdən dnüyasını dəyişən qadınlar 8.51 faiz olub. Bu isə həftəlik olaraq 48 qadının siqaretdən dünyasını dəyişməsi dmeəkdir. Burada qeyd olunur ki, siqaret çəkməyə görə iqtisadi ziyan dəyəri isə 1387 milyon manatdır ki, bura da səhiyyə xərcləri ilə əlaqəli birbaşa xərclər və erkən ölüm və xəstələnmə səbəbindən itirilmiş məhsuldarlıqla bağlı dolayı xərclər, erkən ölümlə əlaqədar olaraq itirilən məhsuldarlıq dəyəri daxildir.

Maraqlıdır, bənzər addımı Azərbaycanda atmaqla siqaret istifadəçilərinin sayının artmasının qarşısını almaq mümkün olacaqmı?

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Belə bir addımın atılması cəmiyyət tərəfindən dəstəklənmir. Cəmiyyət özünü zəhərləməyə, xəstələnməyə daha çox meyilli olduğundan bu cür vərdişlərdən imtina etməyə maraqlı deyil. Hətta çox zaman buna müqavimət göstərirlər. Əksər hallarda cəmiyyət, böyük çoxluq bunu dəstəkləmir. Siqaretlə bağlı olaraq hansısa formada addım atıldıqda böyük dəstək olmur. Çünki insanlar pis vərdişlərdən deyil, yaxşı vərdişlərdən rahatlıqla imtina edirlər. Ona görə də Azərbaycanda da süni şəkildə bunu tətbiq etməyin mənası yoxdur. Qadağa olsa, piştaxta altından bu satış həyata keçiriləcək. Bu baxımdan düşünürəm ki, bizim yanaşmamız fərqli olmalıdır".

Onun fikrincə, bununla bğlı olaraq daha çox ictimai təbliğat aparılmalıdır.

"İctimai təbliğatı gücləndirərək bu sahədəki nöqsanları aradan qaldırmalıyıq. Əks halda bunun effekti olmayacaq. Baxın gender bərabərliyi ilə bağlı qanun var, amma yenə də döyüb öldürürlər. Burada bir dəyişiklik yoxdur. Cəmiyyətin mədəni səviyyəsini qaldırandan bu kimi məsələlərdə irəliləyiş əldə etmək çətindir", - deyə millət vəkili əlavə edib. 

 

 

Əsas mövzular