04:44 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
29 0 0

Qətl faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

BAKI, 22 may — Sputnik. Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi 1-də qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan hüquq mühafizə orqanlarının məlumatına istinadla xəbər verir ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgərov Hafiz İsgəndər oğlu həmin küçədəki binanın liftində həyat yoldaşı Əsgərova Könül Nadir qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H.Əsgərov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Əsas mövzular