15:48 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
25860

Şəhər ətrafında yaşayan insanlar çalışırlar ki, 1 manatlıq taksidən yararlansınlar, evlərinə daha yaxın ərazidə düşə bilsinlər. Həmin qəsəbələr çox seyrək tikildiyindən orada keyfiyyətli ictimai nəqliyyatın olması, demək olar ki, qeyri-mümkündür.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Ekspress marşrut taksi xətlərinin yaradılması nəzərdə tutulur. Bu barədə Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, tərəflərindən 1 manatlıq taksilərin fəaliyyəti ilə əlaqədar analizlər aparılıb və pandemiya dövründən sonra xüsusi ekspress marşrut taksi sisteminin tətbiq olunması planlaşdırılır:

 "Həzi Aslanov - Koroğlu, Koroğlu – 20 Yanvar istiqamətlərindəki qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar var. Bu istiqamətdə ekspress xətlər buraxılacaq. Bundan başqa, günün müəyyən saatlarında da ekspress xətlər istifadəyə verilə bilər. Dünya praktikasında da bu var. Pik saatlarda, məsələn, Lökbatandan Bakının mərkəzi istiqamətinə çox böyük tələbat var. Səhər pik saatlarda oraya ekspress xətlər buraxıla bilər. Amma normal vaxtlarda ekspress xətlər dayanacaq".

Bir neçə gün öncə BNA rəsmisi jurnalistlərə açıqlamasında bildirmişdi ki, ekspress xətlərə metro açıldıqdan sonra sərnişin axınının analizinə əsasən baxılacaq. Artıq bir neçə gündür ki, metro da açılıb. Belə olan şəraitdə maraqlıdır, bəs bu ekspress xətlər necə işlək ola bilər və əhalinin hansı təbəqəsi üçün əlverişli ola bilər?

Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb:

"Dünyada bu cür xətlər tələb olunan xətlər adlanır və təxminən taksi kimi, lakin mikroavtobus formasında fəaliyyət göstərir, eyni yolu gedən sərnişinləri toplayaraq təyinat nöqtəsinə aparır. Bu bizim sovet dövründə tanıdığımız marşrutun müasir və mobil tətbiq üzərindən fəaliyyət göstərən variantıdır. Lakin BNA-nın dediyi tam olaraq bu deyil. Onlar deyirlər ki, günün pik saatlarında bu xətlər üzrə insanlar daşınacaq və 1 manatlıq taksiləri əvəzləyəcək. Hesab edirəm ki, ilk növbədə müntəzəm avtobus xətlərini inkişaf etdirməli, avtobusların xidmət səviyyəsini yaxşılaşdırmalıyıq".

"Lakin qeyd edim ki, avtobusların ləng olması, tıxaclarda qalması, salonlarda sıxlığın olması sərnişinləri avtobusdan uzaqlaşdırır. Bu səbəbdən də 1 manatlıq taksilərə tələbat var. Tələbatın yaranması müntəzəm avtobus şəbəkəsinin istənilən xidmət səviyyəsində olmaması ilə əlaqədardır. Bundan başqa, şəhərətrafı ərazilərdə qəsəbələr dağınıq şəkildədir. Bu ərazilərdə avtobus dayanacaqlarının uzaq olma ehtimalı var. Şəhər ətrafında yaşayan insanlar çalışırlar ki, 1 manatlıq taksidən yararlansınlar, evlərinə daha yaxın ərazidə düşə bilsinlər. Həmin qəsəbələr çox seyrək tikildiyindən orada keyfiyyətli ictimai nəqliyyatın olması, demək olar ki, qeyri-mümkündür. Məhz belə yerlər üçün tələbata uyğunlaşan nəqliyyat daha yaxşı işləyə bilər. Dəmiryolu nəqliyyatı inkişaf etdikcə onlar sərnişinləri uzaq yerlərdən iri nəqliyyat qovşaqlarınadək gətirib çıxara biləcəklər. Bu ərazilərdə kifayət qədər şəxsi nəqliyyatı olmayan insan yaşayır. Belə bir xəttin açılması onların şəraitini yaxşılaşdıracaq", - deyə ekspert əlavə edib.

Əlaqədar

Karantin rejiminin fəsadları - Sürücülər niyə aqressivdir?
Bu taksilərdə iki nəfərdən artıq sərnişin daşınmasına icazə verilmir
Bakıda 1 manatlıq taksilər əvəzlənəcək
Bakıda 1400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb

Əsas mövzular