CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu taksilərdə iki nəfərdən artıq sərnişin daşınmasına icazə verilmir

© Photo : Baku Transport AgencyОстановки для такси
Остановки для такси - Sputnik Azərbaycan
Abunə olmaq
Virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə avtomobillər gündəlik dezinfeksiya olunur

BAKI, 21 may — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC “COVID-19” infeksiyası ilə mübarizə çərçivəsində paytaxtda xidmət göstərən taksi minik avtomobillərində qabaqlayıcı tədbirləri davam etdirir.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərnişinlərin təhlükəsizliyi istiqamətində zəruri işlər həyata keçirilir. Taksilərdə olan arakəsmələr təmas xəttini minimuma endirir, virus infeksiyasının ötürülməsinin qarşısını alır. Sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün xüsusi aparat yerləşdirilib. Həmçinin taksilərdə 2 nəfərdən çox sərnişinin daşınmasına icazə verilmir. Virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə avtomobillər gündəlik dezinfeksiya olunur. Fərdi və kollektiv gigiyena qaydalarına riayət olunması üçün sürücülər antiseptik məhsullarla yanaşı, mütəmadi olaraq tibbi maskalarla təmin edilirlər.

“Bakı Taksi Xidməti” MMC-nin tabeliyində olan taksilərdə pandemiyanın bütün dünyada yayıldığı ilk günlərdən həm sürücülər, həm də taksidən istifadə edən sərnişinlərin məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib. Həmçinin qurum əməkdaşlarının maarifləndirilməsi məqsədilə inzibati binanın daxilində məlumat xarakterli lövhələr təşkil olunub.

Xəbər lenti
0