12:30 04 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
51321

Yerli sakinlərlə söhbət zamanı məlum olub ki, məhəllədəki qaraçılar təhlükəsizlik qüvvələrinə qarşı aqressiv hərəkətlərə meyllidirlər.

BAKI, 20 may — Sputnik, Musa Muradlı. Son günlərin statistikasına görə koronovirus infeksiyasının sürətlə yayılmasında Yevlax şəhəri liderə çevrilib. Sputnik Azərbaycanın əldə etdiyi məlumata görə, koronovirusa yoluxanlar arasında Yevlax Təcili Tibbi Yardım məntəqəsinin əməkdaşları da var. Hazırda onlardan beş nəfəri Ağdaş karantin mərkəzində müalicə olunurlar. Tibbi işçilərilə ilə yanaşı şəhər sakinləri arasında da yoluxma halı geniş vüsət alıb. 80 nəfərə qədər yoluxmuş şəhər sakinlərindən 53 nəfəri kompakt olaraq eyni məhəllədə yaşayanlardır. Yaranmış təhlükəli vəziyyətin qarşısını almaq məqsədilə Yevlax Polis Şöbəsinin əməkdaşları məhəlləyə giriş-çıxışı məhdudlaşdırıb. Görülən təhlükəsizlik tədbirləri isə yerli qaraçıların etirazına səbəb olub. Polis əməkdaşlarının tələbinə əməl etməkdən imtinaya cəhd olunub. Təxirəsalınmaz tədbirlər sayəsində qanunazidd əməllərin qarşısı alınıb.

© Sputnik / Musa Muradli
Yevlaxda bəzi məhəllələrə giriş-çıxış məhdudlaşdırılıb

Sputnik Azərbaycan-ın əməkdaşı böhranlı vəziyyət bölgəsinə gedərək yaranmış durumu yaxından müşahidə edib, məhəllə yollarında qoyulmuş polis blokpostlarının canlı şahidi olub. Qeyd edək ki, giriş-çıxışı məhdudlaşdırılmış məhəlləyə daxil olmağa icazə verilməyib. Polislər bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndiriblər.

© Sputnik / Musa Muradli
Yevlaxda bəzi məhəllələrə giriş-çıxış məhdudlaşdırılıb

Onu da deyək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında kompakt yaşayan qaraçı məhəlləsində yoluxanların sayı 53 nəfər göstərilib. Yoluxanlar karantin rejimində müalicəyə cəlb olunublar.

Əlavə olaraq onu da bildirək ki, qaraçı məhəlləsində gərginliyin hələ də davam edəcəyi gözlənilir. Yerli sakinlərlə söhbət zamanı məlum olub ki, məhəllədəki qaraçılar təhlükəsizlik qüvvələrinə qarşı aqressiv hərəkətlərə meyllidirlər. Arzuolunmaz hadisələrin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına kömək olmaq əvəzinə, mane olmağa çalışırlar.

Əsas mövzular