CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu tələbələr təqaüddən məhrum ola bilər

© AFP 2023 / STEPHANE DE SAKUTINСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Akademik borcu olan tələbə sentyabrın 15-dək onun üçün yaradılan imkandan istifadə etməzsə, bu müsabiqədə iştirak etməyəcək"

BAKI, 20 may — Sputnik. Akademik borcunu ödəyə bilməyən tələbələr təqaüd almaqdan məhrum ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

Y. Ömərov bildirib ki, akademik borcu olan tələbə sentyabrın 15-dək onun üçün yaradılan imkandan istifadə etməzsə, bu müsabiqədə iştirak etməyəcək: “Kəsrini sentyabrın 15-dək verənlər təqaüd almaq üçün müsabiqədə iştirak edə bilər. Amma bu o demək deyil ki, onlar təqaüd alacaqlar. Çünki təqaüd alma ilə bağlı say məhdudiyyəti var”.

Xəbər lenti
0