CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı əcnəbilər arasında rusiyalılar daha çoxdur

© Sputnik / Murad OrujovБаку после смягчения карантина
Баку после смягчения карантина - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkədə olan şəxslərin 54 min 394-ü Rusiya Federasiyasının vətəndaşları, 40 min 151-i Gürcüstan, 11 min 468-i Türkiyə, 4 min 947-i Ukrayna, 3 min 127-i İran 20211-i isə digər ölkələrin vətəndaşları təşkil edib" - Vüsal Hüseynov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. "Bu ilin yanvar-fevral aylarında ötən ilin cari dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayında 15 faiz artım olub. Lakin sonrakı dövrdə bu rəqəmlərdə azalma qeydə alınıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin bu gün jurnalistlər üçün təşkil olunan virtual mətbuat konfransında  DMX-nin rəisi Vüsal Hüseynov deyib.

© Photo : State Migration Service of AzerbaijanDövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov
Azərbaycandakı əcnəbilər arasında rusiyalılar daha çoxdur - Sputnik Azərbaycan
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

DMX rəisi bildirib ki, hazırda ölkədə olan və yaşayan əcnəbilərin sayı 134 min 298 nəfərdir: "Bu şəxslərin 54 min 394-ü Rusiya Federasiyasının vətəndaşları, 40 min 151-i Gürcüstan, 11 min 468-i Türkiyə, 4 min 947-i Ukrayna, 3 min 127-i İran 20211-i isə digər ölkələrin vətəndaşları təşkil edib".

Bundan başqa DMX rəisi Azərbaycanda qalmaq istəyən vətəndaşların müraciətlərinin qəbulunun həyata keçirildiyini də bildirib.

Xəbər lenti
0