CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdirilib – Başqa yerə gedib çıxa bilərsiz

© Sputnik / Murad OrujovBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
Biləıcəri qəsəbəsi istiqamətində hərəkət edən 91, 92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri təmirlə bağlı müvəqqəti olaraq dəyişdirilib

BAKI, 20 may — Sputnik. Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bundan sonra həmin marşrutların istiqaməti aşağıdakı kimi olacaq:

91 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəs.: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.

92 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəs.: Biləcəri enişi – Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.

202 nömrəli marşrut

Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı).

Xəbər lenti
0