Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlılar onlayn-festivalda ruslara böyük həyəcan yaşadıblar

© AP Photo / Efrem LukatskyПевец у микрофона, фото из архива
Певец у микрофона, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı Elman Zeynalovun yaratdığı RAAVA MUSİC musiqi leyblınin müğənniləri ilk dəfə yeddi günlük virtual Rusiya Festivalının iştirakçısı olublar

BAKI, 20 may — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Azərbaycanlı əsilli tanınmış ifaçıları Elman Zeynalov və JONY (Cahid Hüseynli) VK Fest Festivalının onlayn konsertində çıxış ediblər.

Layihənin təşkilatçısı Vkontakte sosial şəbəkəsidir. Festival ilk dəfə 15-21 may tarixlərində onlayn formatda keçirilir və Rusiyada keçirilən ilk yeddi günlük virtual festival olub.

Layihədə Rusiyanın məşhur ulduzları - Olqa Buzova, Diana Arbenina, Klava Koka, Maks Marski, Dima Bilan və bir çox başqaları da iştirak edirlər.

Elman Zeynalov və JONY bu festivalda ilk dəfə iştirak edirlər. Onlar rusiyalı pərəstuşkarları üçün ən məşhur kompozisiyalarını ifa ediblər. Onlarla birlikdə səhnəni Elman Zeynalovun yaratdığı RAAVA MUSİC leyblının heyətinə daxil olan müğənnilər Andro və Gavur bölüşüb.

VK Fest Rusiyada ən populyar şəhər open-air (açıq hava) festivalıdır. 2019-cu ildə onu 95 min nəfər ziyarət edib, festivalın əsas hadisəsi olan canlı yayımları isə altı milyondan çox tamaşaçı izləyib. Keçən il orada 60 artist iştirak edib.

Xəbər lenti
0