CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zibillərin çeşidlənməsinə start verilib

© Sputnik / Irade JELILBinəqədidə zibillər yandırılır
Binəqədidə zibillər yandırılır - Sputnik Azərbaycan
Abunə olmaq
İşçilər bütün lazımi gigiyenik vasitələrlə təmin ediliblər, sosial məsafə və digər zəruri tələblərə əməl olunmaqla tullantıların çeşidlənməsi həyata keçirilir

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Artıq bir müddət idi ki, bütün dünyada zibillərin, məişət tullantılarının çeşidlənməsi dayandırılmışdı. Bunun da səbəbi bütün dünyada yayılan koronavirusun yayılma arealının genişlənməsinin qarşısını almaq idi. Lakin bir müddətdir ki, artıq bir çox ölkələrdə məişət tullantılarının yenidən çeşidlənməsinə start verib.

Azərbaycanda da məişət tullantılarının yenidən çeşidlənmə prosesinə başlanıb. Belə ki, Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda öncəki fəaliyyət yenidən bərpa olunub. Bu barədə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elmar Malikov Sputnik Azərbaycan-a məlumat verib. O bildirib ki, hazırda Balaxanı Bərk Məişət Tullantılarının Çeşidləməsi zavodu karantin qaydalarına əməl olunmaqla xüsusi rejimdə fəaliyyətini davam etdirir: "İşçilər bütün lazımi gigiyenik vasitələrlə təmin ediliblər, sosial məsafə və digər zəruri tələblərə əməl olunmaqla tullantıların çeşidlənməsi həyata keçirilir".

Qeyd edək ki, 2012-ci ildən fəaliyyətə başlayan Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun illik emal gücü 200 min tondur.

Xəbər lenti
0