02:54 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
36 0 0

"Dezinfeksiya zamanı bitkilər məhv ola bilər. Əgər vətəndaşlar qaydalara riayət etməsələr, dezinfeksiya işlərinin də əhəmiyyəti olmayacaq".

BAKI, 18 may — Sputnik. Paytaxtda dezinfeksiya işləri aparılarkən qəsəbə yollarının bu prosesdən kənarda qalmasına aydınlıq gətirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib ki, küçə və prospektlərdə dezinfeksiya aparılarkən, sıxlıq nəzərə alınır. E.Əzizov deyib ki, dezinfeksiyanın çox edilməsi zərərlidir: "Bu zaman bitkilər məhv ola bilər. Əgər vətəndaşlar qaydalara riayət etməsələr, dezinfeksiya işlərinin də əhəmiyyəti olmayacaq".

Eldar Əzizov dezinfeksiya işlərində hər gün 2 minə qədər insanın çalışdığını da açıqlayıb. O, bildirib ki,  BŞİH-nin balansındakı liftlərdə dezinfeksiya aparılır: "BŞİH-nin balansında 11 mindən çox bina var. Biz o binalarda dezinfeksiya aparmışıq. Kooperativ və MTK-lar isə kollektiv mülkiyyət gedir. Onlar özləri bu dezinfeksiya işlərini aparmalıdırlar. Amma biz onlara da bu işdə kömək edirik".

E.Əzizov deyib ki, koronavirusla bağlı cəmiyyətdə inamsızlığın olması mənfi haldır: "Küçədə gəzərkən vətəndaşların cəmi 10 faizi maskadan istifadə edir. Avtobusda sərnişinlər tibbi maskadan istifadə etmir. Bəzi savadlı insanlar düşünür ki, bu bir oyundur. Ölkələr, sərhədlər bağlanıb, belə oyun olar?"

Əsas mövzular