03:29 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
7 0 0

Nazirlər Kabinetinin Operativ Qərargahının göstərişlərinə görə, park ərazisində 10 nəfərdən artıq gəzə bilməz, iaşə obyektlərində məsafə qorunmalı, masalar arasında məsafə, müştərilər arasında məsafə saxlanılmalıdır.

BAKI, 18 may — Sputnik. "Dənizkənarı Milli Parkda nadir bitki növləri olduğundan biz orada bütün lazımi işləri gördük, yararsız attraksionlar, iaşə obyektlərini ərazidən çıxartdıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev bu gün Nazirlər Kabinetinin Operativ Qərargahı tərəfindən jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib. O qadağalardan da danışıb: "Əyləncə, attraksionlar, idman qurğuları fəaliyyət göstərməyəcək. Yalnız qərar olduqdan sonra bu qurğular fəaliyyətə başlayacaq. Gəmilər də istifadəyə verilməyəcək".

Onun sözlərinə görə, Milli Parkda 4 atraksion, 4 iaşə obyekti götürülüb. 

"Nazirlər Kabinetinin Operativ Qərargahının göstərişlərinə görə, park ərazisində 10 nəfərdən artıq gəzə bilməz, iaşə obyektlərində məsafə qorunmalı, masalar arasında məsafə, müştərilər arasında məsafə saxlanılmalıdır. Tərəfimizdən buna nəzarət ediləcək", - deyə o əlavə edib.

Əsas mövzular