CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi qoruqlara giriş qadağası götürüldü

© Sputnik / Murad OrujovЯнардаг – "Горящая года"
Янардаг – Горящая года - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq ziyarətçilər aşağıda adları qeyd olunan turizm müəssisələrini sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ziyarət edə bilərlər

BAKI, 18 may — Sputnik. Mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Dezinfeksiya işləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dezinfeksiya muzey və qoruqlara da çatdı

Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq qəbul edilib. Müəssisələrin fəaliyyəti, həmçinin TƏBİB tərəfindən hazırlanmış "Turizm və otelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"in tələbləri nəzərə alınmaqla davam etdiriləcək. Artıq ziyarətçilər aşağıda adları qeyd olunan turizm müəssisələrini sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ziyarət edə bilərlər:

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu;

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

"Kiş" Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.

Agentliyin tabeliyindəki bütün turizm müəssələrində karantin rejimi ilə bağlı sosial izolyasiya və profilaktik tədbirlərə dair qaydaları pozan ziyarətçilər barəsində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qaydada tədbirlər görüləcək. Xatırladaq ki, Agentlik Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoymuşdu.

Xəbər lenti
0