18:59 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
18 0 0

Vətəndaş qəbulu həyata keçirən qurum mərkəzlərində yoluxma ehtimalı yüksəkdir. Müraciət edən vətəndaşlar öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətdə olurlar.

BAKI, 16 may — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVID19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər hazırlayıb. Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumata görə, sənəd vətəndaş qəbulu həyata keçirən qurumların (ASAN xidmət və DOST mərkəzləri, vətəndaş qəbulu ilə məşğul olan qurumlar və s.) işçilərinin və müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədi ilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırmaların faktlarına əsaslanaraq tərtib olunub: "Mövcud olan məlumatlara əsasən COVID-19 infeksiyası insanlar arasında birbaşa havadamcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə toxunduqdan sonra əlləri ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır. İnsanların sıx toplandığı digər ictimai yerlərdə olduğu kimi, vətəndaş qəbulu həyata keçirən qurum mərkəzlərində yoluxma ehtimalı yüksəkdir. Müraciət edən vətəndaşlar öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətdə olurlar. Xidmət mərkəzlərinin hər bir heyət üzvü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən COVID-19-a qarşı əsas müdafiə tədbirlərinə, (əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, burun və ağıza toxunmamaq, tənəffüs gigiyenasına riayət etmək) və xəstəliyə uyğun simptomlar varsa evdə qalaraq, tibbi yardım üçün müraciət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidir".

Müraciət edən vətəndaşları məlumatlandırmaq məqsədilə infoqrafların müəssisənin giriş-çıxış qapılarında və rahat görünən digər yerlərdə asılması və hər bir vətəndaşa təqdim olunması;

COVID-19 xəstəliyi ilə bağlı xüsusi karantin rejimi bitənə qədər əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə elektron növbə sisteminin tətbiq edilməsi və müəssisənin fəaliyyətdə olduğu saatlarda insanların sosial məsafə saxlaması (2 metrdən az olmamaq şərti ilə);

Vətəndaş qəbulu həyata keçirən qurum mərkəzlərində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, tibbi maska və həmçinin dezinfeksiya məhlulundan istifadə etmələri;

Müəssisədə sanitar qovşaqlar, soyunub-geyinmə otaqları, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması;

Zalların və otaqların mütəmadi havalandırılması;

Təmizlik və dezinfeksiya işlərinin bu metodiki göstərişlərdə qeyd edilənlərə uyğun olaraq həyata keçirilməsinin təşkili;

Dezinfeksiyaedicidən istifadə etmək üçün müəssisə qurğularla təmin olunmalıdır;

İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;

Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;

İşçi heyətinin sağlamlığından əmin olunması, heyət arasında xəstə işçilərin evdə qalması ilə bağlı maarifləndirmənin həyata keçirilməsi;

Müəssisədə daxili rabitə qovşağı vasitəsilə müntəzəm olaraq vətəndaşların koronavirus infeksiyasının profilaktikası üzrə metodiki göstərişlər barədə məlumatlandırılması.

Həyata keçirilən təmizlik-dezinfeksiya işləri müəssisənin xüsusiyyətləri, təmizlik dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq əsasən işlək sahələrdə (giriş-çıxış, zallar və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;

Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;

Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;

Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir.

İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;

Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;

Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Şəxsi əşyaların və sənədlərin saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);

Ödəniş və digər terminalları (spirt tərkibli məhlul və ya digər)

İşçi heyət gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır;

Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla və vətəndaşdan qəbul edilən sənədlərlə təmasdan sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir;

Tibbi maskalar iş növbələri arasında dəyişdirilməlidir;

Dezinfeksiyaedicilər üçün dispenserlər zallarda və otaqlarda quraşdırılmalıdır.

Əllərinizi axar su ilə isladın və sabunu əllərinizə sürtün;

Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaqların və dırnaqların arasını yaxşı sabunlayın;

Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;

Əllərinizi axar suyun altında mükəmməl durulayın;

Əllərinizi təmiz salfetlərlə qurudun;

Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edin.

Qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir;

Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır;

İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;

Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir;

Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;

İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir;

Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.

 

Əsas mövzular