CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu rayonlarda koronavirusa yoluxma sürətlə artır

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
"Şağlaserdə 31, Boladidə 16, Şiləvəngədə 8 və Vilvan kəndində 11 koronavirusa yoluxma faktı aşkarlanıb. Bu bölgələrin sakinləri karantin qaydalarına xüsusilə əməl etməlidirlər"

BAKI, 15 may — Sputnik. Azərbaycanda ən çox koronavirusa yoluxma qeydə alınan ərazilərin adı açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib ki, Gəncə şəhərində əks endimik tədbirlərin aparılması nəticəsində epidemiyanın qarşısını almaq mümkün olsa da, Yevlax və Lənkəranda vəziyyət ürəkaçan deyil: "Çox təəssüf ki, bir sıra bölgələrdə insanlar hələ də qaydalara məsuliyyətlə yanaşmırlar. Son günlər Yevlaxda 64 sakində virusa yoluxma faktı qeydə alınıb. Lənkəran isə narıncı zonada qalır. Lənkəranın kəndlərində virusa yoluxma qeydə alınır. Şağlaserdə 31, Boladidə 16, Şiləvəngədə 8 və Vilvan kəndində 11 koronavirusa yoluxma faktı aşkarlanıb. Bu bölgələrin sakinləri karantin qaydalarına xüsusilə əməl etməlidirlər. Biz hazırda Azərbaycanda pandemiya ilə mübarizənin 2-ci mərhələsindəyik".

Xəbər lenti
0