11:11 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
47 0 0

Ötən dövr ərzində koronavirusla aktiv mübarizə mərhələsində xaricdən asılılığımızı minimuma endirmişik

BAKI, 15 may — Sputnik. "Bu karantindən çıxışın üçüncü mərhələsidir. Azərbaycanda artıq səhiyyə potensialı genişləndirilib. Tibbi maska istehsal edən yeni müəssisələr işə başlayıb. Həmin müəssisələrin gündəlik tibbi maska sayı artırılıb. Bütün bunlar bizə imkan verir ki, koronavirusa qarşı mübarizə ilə paralel olaraq həm də həyatımızı davam etdirək". 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda mayın 18-dən etibarən ölkədə karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına dair qərarla bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O deyib ki, ötən dövr ərzində koronavirusla aktiv mübarizə mərhələsində xaricdən asılılığımızı minimuma endirmişik: "Bəzi məhsullar üzrə xaricdən asılılığı tam ləğv edə bilmişik. Ona görə də məhdudiyyətlərin yumşaldılması barədə bu gün Baş Nazir tərəfindən qərar verildi".

Qeyd edək ki, mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Ramin Bayramlı da iştirak edir.

Əsas mövzular