CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dahi Bülbülün oğlu dünyasını dəyişdi

© Sputnik / Murad OrujovЦеремония почтения памяти жертв Ходжалинской трагедии
Церемония почтения памяти жертв Ходжалинской трагедии  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu 82 yaşında dünyasını dəyişib.

BAKI, 15 may — Sputnik. Azərbaycanın professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün (Murtuza Məmmədov) böyük oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşı Çingiz Məmmədov 82 yaşında dünyasını dəyişib.

Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri - Sputnik Azərbaycan
SİYASƏT
Polad Bülbüloğlu Rusiyadakı vətəndaşlarımıza çağırış etdi - VİDEO

Mədəniyyət Nazirliyinin mətbuat xidməti xəbəri Sputnik Azərbaycan-a təsdiqləyib. Lakin Nazirliyin mətbuat xidməti mərhumun harada və nə vaxt dəfn olunacağı barədə məlumatlara malik olmadığını qeyd edib.

Xatırladaq ki, Çingiz Bülbüloğlu 12 dekabr 1938-ci ildə Tiflisdə anadan olub. O, uzun illər bir sıra vəzifələrdə çalışıb. Bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri işləyib və oradan da təqaüdə yollanıb.

Hazırda Rusiyada olan Polad Bülbüloğlunun qardaşının dəfninə qatılıb-qatılmayacağı məlum deyil.

Xəbər lenti
0