CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edilib

© Sputnik / Ilya PitalevПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci ildən isə o, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.

BAKI, 15 may — Sputnik. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru Rəhim Səfərəliyev tutduğu vəzifədən azad olunub.

Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Beş rayonun prokuroru işdən azad edildi

Sputnik Azərbaycan Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun məlumatına istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. R.Səfərliyevə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinin icrası həvalə olunub.

E.Sultanov həmçinin bildirib ki, R.Səfərəliyev 1992–2013-cü illərdə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində müxtəlif vəzifələrdə, 2013-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məsləhətçi və sektor müdiri, 2015-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.

Xəbər lenti
0