CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın "Avroviziya"lı ulduzları Yana Çurikovanın qonağı olacaq

© Sputnik / Nina Zotina / Mediabanka keçidТелеведущая Яна Чурикова
Телеведущая Яна Чурикова - Sputnik Azərbaycan
Abunə olmaq
Samirə Əfəndi və Eldar Qasımov Polina Qaqarina, Filipp Kirkorov və Sergey Lazarevlə birlikdə Rusiyanın aparıcısı marafonuna qoşulur.

BAKI, 14 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın "Avroviziya-2021" mahnı müsabiqəsində təmsilçisi Samirə Əfəndi və 2011-ci ildə bu layihənin qalibi Eldar Qasımov Rusiyanın Birinci kanalının aparıcısı Yana Çurikovanın "Instagram" sosial şəbəkəsindəki onlayn-marafonunun qonağı olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, marafonun anonsunu aparıcı özünün "Instagram"dakı hesabında yerləşdirib.

Onlayn marafon "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsinə həsr olunacaq. Birbaşa efirə mayın 14-də Bakı vaxtı ilə saat 21:00-dan başlayaraq qoşulmaq mümkün olacaq.

Marafon iki saat davam edəcək və Çurikovanın "ÇuTok" "Instagram" şousu çərçivəsində keçiriləcək.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yana Churikova (@yana_chu)

"Biz müsabiqənin əsl qəhrəmanları və ekspertləri ilə "Avroviziya"dan danışacağıq", - deyə Çurikova yazıb.

Marafona həmçinin "Avroviziya"ya qatılmış bir çox artistə prodüserlik edən Polina Qaqarina, Sergey Lazarev və Rusiyanın Xalq artisti Filipp Kirkorov da qatılacaq.

Qeyd edək ki, Samirə Əfəndi mayın 16-da keçiriləcək "Eurovision: Europe Shine a Light" ("Avroviziya: Avropa işıq saçır") adlı vizual konsertə hazırlaşır.

Onlayn şou, koronavirus pandemiyasına görə ləğv edilmiş müsabiqəni əvəz etmək üçün nəzərdə tutulub. Konsertdə indiyədək keçirilmiş 41 "Avroviziya" yarışında iştirak etmiş ifaçılar da onlayn formatda çıxış edəcəklər.

Samirə Əfəndinin "Avroviziya-2020"də "Kleopatra" kompozisiyası ilə Azərbaycanı təmsil etməsi nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyası səbəbindən beynəlxalq musiqi yarışı gələn ilə keçirilib. Samirə "Avroviziya-2021"-də başqa mahnı ilə çıxış edəcək.

Müğənni Samirə Əfəndi Bakı Project Yaradıcılıq layihəsinin iştirakçısı kimi tanınır. Həmin layihənin tərkibinə Ruslan Hüseynov, Etibar Əsərli və Elvin Bəşirov kimi məşhur caz musiqiçiləri daxildir. Onlarla birlikdə Əfəndi müxtəlif ölkələrdə konsertlərlə çıxış edib. O, "Azərbaycanın səsi" müsabiqəsinin finalçısıdır, həmçinin Qazaxıstanda keçirilən "İpək Yolu 2017" beynəlxalq musiqi layihəsində iştirak edib.

Xəbər lenti
0