CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük amnistiya nə verəcək? Hamı çıxış yolu axtarır, atılacaq addım isə bəlli deyil

© Sputnik / Irade JELILZəli gölünün ətrafı
Zəli gölünün ətrafı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər əmlak amnistiyası ilə bağlı təkliflərini irəli sürürlər. Hökumətin onlardan hansını qəbul edəcəyi isə hələ də bilinmir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. 2020-ci ildə neft qiymətlərinin kəskin düşməsi, eləcə də koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına ciddi təsir edib. Hökumət vəziyyəti idarə etmək, düzəltmək üçün geniş spektrli proqramlar qəbul etməyi planlaşdırır.

Badamdarda süşürmə zonasındakı evlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hamı həyət evinə - Koronavirus torpağı ciddi bahalaşdırıb

Baxılan istiqamətlərdən biri kapital amnistiyasıdır. Bununla bağlı Milli Məclisə sənəd daxil olacaq. Eyni zamanda, əmlak amnistiyasının da elan olunacağı gözlənilir.

Bəs əmlak amnistiyası Azərbaycan iqtisadiyyatına, sahibkarlığa nə verəcək?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə və ölkədən kənarda qeyri-rəsmi qazanılmış pulları daşınmaz əmlak sahəsinə yatıraraq qanuniləşdirmək üçün ilk öncə daşınmaz əmlak sahəsinə amnistiya tətbiq olunmalı və bütün sənədsiz daşınmaz əmlaklar çıxarışlarla təmin olunmalıdır.

"Ölkədə 500 mindən çox sənədsiz ev var. İlk öncə insanlarda bu sahəyə inam və mülkiyyət hüquqlarının qorunulmasına şərait yaratmaq lazımdır. Bakıda sovetlər dövründən qalmış Yasamal, Papanin və digər massivlərdə on minlərlə çıxarışsız fərdi həyət evləri var" – deyən ekspert vurğulayıb ki, daşınmaz əmlak sahəsinin tikintisi və satışı son 20 ildə çox böyük sürətlə inkişaf edib.

Ekspert hesab edir ki, bu sahənin inkişafı iqtisadiyyatın böyük bir hissəsini özündə birləşdirir: "Son illər bu sahədə baş verən özbaşınalıq insanlarda bu sahəyə olan inamı azaltdı. Bir mənzilin bir necə nəfərə satılması, çıxarışların verilməməsi və bu kimi problemlər artıq bu sahəyə yatırım etmək istəyən insanlarda qorxu və inamsızlıq yaradıb. Bu səbəbdən də ölkəmizdə yatırılacaq böyük məbləğlər ölkədən kənarlaşdırılaraq, digər ölkələrin daşınmaz əmlak sahələrinə yatırılır".

Yaşayış kompleksinin tikinitisi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Güzəştli mənzilləri seçmək daha da asanlaşdı - yeni sayt yaradılıb

Onun sözlərinə görə, hər il təkcə Türkiyədə Azərbaycan vətəndaşları tərəfindən yüzlərlə daşınmaz əmlak alınır. Bu hal Rusiya və digər Avropa ölkələrində də özünü göstərir.

"Bir neçə il əvvəl ərəb ölkələrindən olan turistlərin ölkəmizə axını və marağı nəticəsində danışmaz əmlak bazarında xeyli əcnəbi müştərilər peyda oldu. Lakin onlar üçün belə, bu sahədə münbit şərait yaradılmadığına görə həmin alıcılar qonşu Türkiyə və Gürcüstana üz tutaraq, onların daşınmaz əmlak sahələrinə yüz milyonlarla dollar yatırımlar etdilər. Yəni əksər yerlərdə çıxarışların verilməməsi və bir çox hallarda vətəndaşların mülkiyyət hüquqları pozulduğuna görə bu sahəyə olan inam qırılmaq üzrə idi. Lakin 2019-cu ildə prezidentin tapşırığı əsasında 350-yə qədər çoxmənzilli yeni tikili bina çıxarışlarla təmin olunub. Bu baxımdan ilk öncə bütün çıxarışsız əmlaklar çıxarışla təmin olunmalı və çıxarışsız yeni tikili binalarda olan müqaviləli mənzillərin satışına ciddi dəyişiklik edilməlidir. Həmin mənzillərin satışının notarial qaydada aparılması reallaşdırılmalıdır", – deyə E.Fərzəliyev bildirib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, indiki vəziyyətdə söhbət əmlak vergisinin tətbiqi ilə bağlı amnistiyadan gedirsə, bu çox cüzi məbləğdir. Və bu Azərbaycan iqtisadiyyatına heç nə verməyəcək: "Bunun əvəzinə yaxşı olardı ki, heç olmasa iki aylıq müddətə istehlak və digər biznes kreditlərinə amnistiya tətbiq edilsin. Bu işçilərin əmək haqqının kompensasiya olunması, dövlət sosial yardım fonduna ödəmələrin kompensasiya olunması formasında tətbiq edilə bilər. Çünki sahibkarların hazırda daha çox əziyyət çəkdiyi məqam bundan ibarətdir. Yəni, əmlak vergisi o qədər də böyük bir yük deyil".

Onun sözlərinə görə, sahibkarlara bu müddət üçün kredit ödənişlərinə könüllü yanaşma tətbiq edilməsi vacib məsələlərdəndir.

Bağlanan banklarda qalan girovlarla bağlı amnistiya məsələsinə gəldikdə isə ekspert vurğulayıb ki, bağlanan banklarda mərkəzi bankın resursları formasında dövlətin küllü miqdarda vəsaitləri batıb ki, həmin vəsaitlərin arxasında girov təminatı ya yoxdur, ya da girov təminatının arxasında faktiki olaraq verilmiş kreditlərin dəyərindən çox-çox aşağı olan əmlaklar çıxış edir.

Ekspert hesab edir ki, bu formada amnistiyanın tətbiq edilməsi, dövlət vəsaitlərinin səmərəsiz istifadəsidir: "Bütün girovlarla bağlı amnstiyanın tətbiq edilməsi real deyil. Çünki indiki halda hökumətin imkanları o səviyyədə deyil".

Xəbər lenti
0