CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotik satan Gürcüstan vətəndaşı saxlanılıb

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qabil Əliyevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKI, 12 may — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda keçirdikləri tədbir zamanı Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Qabil Əliyev tutulub. Onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 840 qram narkotik vasitə heroin və 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qabil Əliyev ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qabil Əliyevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0