07:15 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12 0 0

E.Əzizov həmçinin bildirib ki, Qaradağ Rayon İcra hakimiyyətindən başqa BŞİH-ə tabe olan heç bir rayon icra hakimiyyətlərinin başçılarına töhmət verilməyib.

BAKI, 10 may — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova töhmət elan edilməsinə münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən BŞİH başçısı bildirib ki, bütün icra hakimiyyətlərinin başçıları yaxşı işləməlidir: "Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin öz fəaliyyətlərində dönüş yaratmağa çalışdıqlarını müşahidə edirik. Bu, normal haldır. Çünki kiməsə cəza verilməsi, kiminsə fəaliyyətinin qiymətləndirilməsi normaldır. Deməli, daha da yaxşı işləməliyik".

E.Əzizov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının töhmətdən nəticə çıxarıb-çıxarmaması ilə bağlı sualı belə cavablandırıb: “Bu gün buna cavab vermək hələ tezdir. Çünki bir ay yeni keçib. Hər halda onların ünvanına yeni bir irad deyilməyib”.

E.Əzizov həmçinin bildirib ki, Qaradağ Rayon İcra hakimiyyətindən başqa BŞİH-ə tabe olan heç bir rayon icra hakimiyyətlərinin başçılarına töhmət verilməyib.

Qeyd edək ki, martın 24-də BŞİH-də keçirilən müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib.

Əsas mövzular