CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspress avtobuslar fəaliyyətini davam etdirəcəkmi?

© Sputnik / Irade JELILBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
BNA-dan bildirilib ki, avtobuslarla bağlı hər hansı dəyişiklik ediləcəyi təqdirdə bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək

BAKI, 8 may — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) metronun işə başlamasından sonra ekspress marşrutların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, M1, M2, M3, M4, M5, M6 və M7 ekspress marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək: "Qeyd edilən ekspress xətlərin iş qrafikində də hər hansı bir dəyişiklik edilməyib. Dəyişiklik ediləcəyi təqdirdə bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, mayın 9-dan etibarən Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək. Ekspress avtobuslar metro stansiyalar arası fəaliyyət göstərməklə sərnişin yükünü aradan qaldırmaq məqsədi daşıyır.

Xəbər lenti
0